Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:02

►Martda MB-nin valyuta ehtiyatı 1 faizə yaxın artıb.

Səkkiz aylıq aradan sonra Mərkəzi Bankın (MB) rəsmi valyuta ehtiyatlarında artım yaşanıb.

MB-nin məlumatına görə, aprelin 1-nə valyuta ehtiyatı 4 milyard 65 milyon 800 min ABŞ dolları olub. Bu da fevralla müqayisədə valyuta ehtiyatlarının 39 milyon 500 milyon dollar və ya 0,98% artdığını göstərir.

Əsas iqtisadi göstəricilərin azaldığı bir vaxtda MB-nin valyuat ehtiyatının artması sual doğurur: Artımın real iqtisadi əsasları var, ya yox?

“Dollara tələbatı DNF ödəyib”

Bank məsələləri eksperti Əkrəm Həsənovun fikrincə, başlıca səbəb dövriyyədə manat kütləsi çatışmazlığıdır:

“Martda həm əhalinin, həm də sahibkarların, o cümlədən bankların da manata ehtiyacı olub. Buna görə də dollar ehtiyatlarını manata dəyişiblər. Başqa sözlə, MB əhaliyə və sahibkarlara manat sataraq, dollar əldə edib”.

Ekspert dollara tələbatı MB-nin deyil, Dövlət Neft Fondunun (DNF) ödədiyini, yəni dollar satdğını da bildirib.

___________________________________________________________

Bunlara da bax:
50 erməni sakin Yerevandan sığınacaq istəyib
Sarkisian Qarabağı tanımaqla hədələyir

___________________________________________________________

İqtisadçı ekspert Nicat Hacızadə təxminən 1 faizlik artımı dollarsızlaşma prosesinin başlanğıcı sayır:

“Hərraca çıxarılan dolların əksər hissəsinin satılmaması bankların manata ehtiyacından doğur. Monitorinqlər müəyyənləşdirib ki, vergi öhdəliklərini, işçilərin əməkhaqqını və komunikasiya xərclərini ödəmək üçün kommersiya banklarının ciddi manat kütləsinə ehtiyacı var. Son günlər biz gerçək “üzən məzənnə” rejiminin şahidi oluruq. Məzənnə banklarin cari vəziyyətə uyğun ehtiyacı çərçivəsində müəyyənləşdirilir”.

Ekspertin qənaətincə, ehtiyatların artması DNF-nin hərraclara qatılması ilə birbaşa bağlıdır: “DNF MB-yə əlini cibinə salmasına zəmin yaratmayıb. Əhalinin dolları manata dəyişdirməsi də artımın səbəblərindəndir”.

“Hərraclara qatılmayan MB…”

Vüqar Bayramov

Vüqar Bayramov

İqtisadiyyat araşdırıcısı Vüqar Bayramov da ehtiyatın artımını DNF-nin dollar təklifinə bağlayır:

“Hərraclara qatılmayan MB öz valyuta ehtiyatlarını qoruyub saxlaya bildi. Eyni zamanda Azərbaycanda dövriyyədə olan manat kütləsi 6 milyard 535 milyon 800 min manata çatdı. Bu, fevralın yekunu ilə müqayisədə 147 milyon 300 min manat çoxdur. Deməli, bir tərəfdən MB-nin xarici valyuta ehtiyatlarında, digər tərəfdənsə manat bazasında cüzi artımlar baş verib”.

“Manat bazasının artması dollara tələbin yüksəlməsi deməkdir”

Öz xərcləmələri üçün DHF-nin dolları manata çevirməsini də xatırladan ekspert durumun belə davam etməyəcəyini düşünür:

“DHF başqa cür öz xərcləmələrini, o cümlədən büdcəyə köçürmələri edə bilməz. Banklarsa həmin pulu almırlar. Deməli, proses belə gedə bilməz. Bütün hallarda fondun dolları satılmalıdır. Banklar dollar almadığı halda manata malik digər qurum MB-dir. Bu halda güman olunur ki, MB növbəti hərraclarda artıq xarici valyuta satışını deyil, dollar alışını həyata keçirəcək. Bu isə manat-dollar məzənnəsinin yenidən stabilləşməsinə gətirib çıxara bilər. Axı bu halda dollara yenidən tələb formalaşacaq. MB hərraclara vaxtaşırı alıcı qismində çıxarsa, bu, manatın məzənnəsindəki möhkəmlənmələri dayandıra, hətta yenidən dolların bahalaşdıra bilər. Manat bazasının artması isə bazarda dollara tələbin yenidən yüksəlməsi deməkdir”.

Günün bütün mövzuları

XS
SM
MD
LG