Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:05

►Saat 14.20-də Moskvaya uçacaq sərnişinlər hələ gözləmə salonundadırlar...

“Bu gün – avqustun 3-də Moskvaya uçmalıydıq. Saat 14.20-də qalxmalı olan təyyarədən hələ də xəbər-ətər yoxdur. Elan olundu ki, növbəti uçuş saat 17-də olacaq. Halbuki biletim saat 14.20-yədir. Qeydiyyatdan keçmişik, 3 saatdan çoxdur gözləmə zalındayıq, hələ saatyarım da gözləməliyik. Biri çıxıb 150 sərnişinə vəziyyəti izah eləmir”.

Bakı sakini Məğrub Bədəlli AzadlıqRadiosunun “Qaynar xətt”inə belə deyir. O, üzvləri ilə Moskvaya getmək istəyir, amma dediyinə görə “Azal” onun səfər sevincini əzaba çevirib:

“O biri reys, onsuz da, axşam saat 5-də idi. İzah etmirlər ki, iki reysin sərnişinlərini birləşdirməyin səbəb nədir? Sərnişinlər arasında xəstə var, körpə var. Nəzərə alsaq ki, qeydiyyata 2 saat qalmış hava limanına gəlmişik, - bu o deməkdir ki, biz bu istidə uçuşadək burada 5 saatımızı itirmişik”.

Buna da bax: Hesablama Palatası AZAL-da nöqsanlar aşkarlayıb

“Özümə söz vermişdim ki...”

Bakı-Moskva reysi ilə uçan Alim Səfərov deyir, əslində, sərnişinləri gərginləşdirən səbəb onlara sayqısıqlızdır:

“Özümə söz vermişdim ki, “Azal”ın xidmətindən istifadə etməyəcəm. Bu da növbəti dərs oldu. Çıxıb üzrxahlıq edən, sərnişinə izahat verən biri yoxdur”.

Heydər Əliyev adına Bakı Hava Limanının mətbuat xidmətindən, hələlik, məsələyə münasibət öyrənmək mümkün olmayıb. Sərnişinlər hələ də gözləmə salonundadırlar.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG