Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:54

Jurnalist polisə çağrılıb


Məmməd Süleymanov
Məmməd Süleymanov

Avqustun 4-də jurnalist Məmməd Süleymanov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olub.

Ancaq o, BMCMİ-yə çağrılmasının səbəbini açıqlamayıb. Jurnalist idarədən qayıtdıqdan sonra AzadlıqRadiosuna açıqlamasında bunun istintaq sirri olduğunu, müstəntiqlərin işinə mane olmamaqdan ötrü danışmayacağını bildirib.

O, əlavə edib ki, dindirilməsinin nə siyasətə, nə də jurnalistikaya aidiyyəti var.

+++

Jurnalist Məmməd Süleymanov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağrılıb.

Bu barədə AzadlıqRadiosuna Məmməd Süleymanovun özü məlumat verib.

Jurnalist idarəyə çağrılmasının səbəbini bilmir. Deməsinə görə, bu ona bildirilməyib: «Sözün düzü, özüm də bilmirəm niyə dəvət ediblər. Hər hansı bir versiyam yoxdur. Facebook-da da o qədər fəal deyiləm. Əsasən də «Virtualaz»a yazıram. Odur ki, səbəb, hələlik, özüm də aydın deyil».

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən də, hələlik, jurnalistin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağrılmasına münasibət öyrənmək mümkün olmayıb.

XS
SM
MD
LG