Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:20

►“İki maşın polis gəldi. Mənə dedilər ki, sizdən şikayət var, adam döymüsünüz. Məni apardılar polis bölməsinə”.

Bunu AzadlıqRadiosuna AXCP sədrinin müşaviri, partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahim deyir.

O bildirir ki, "AXCP Etimad Qurultayı" adlandırılan təşkilat komitəsinin rəhbəri Razi Nurullayevin dəstəsindəki Mikayıl Quliyevin ifadəsi əsasında saxlanıb. Məmməd İbrahim deyir ki, Mikayıl Quliyevlə mübahisəsi düşüb:

“Məni sosial şəbəkələrdə hər gün təhqir edirdi. Ona deyəndə ki, məni niyə təhqir edirsən. Dedi yaxşı edirəm və üstümə hücum çəkdi. İndi şikayət edib ki, onu döymüşəm. Ancaq o məndən qat-qat güclü adamdır. Özü mənə hücum çəkdi. Bizi ayıranda köynəyi cırılmışdı. Mübahisəmizdən heç iki dəqiqə keçmədi ki, polislər gəldi.”

Məmməd İbrahim deyir ki, polis bölməsində 2 saat saxlanıb. İzahatı alınıb və azad edilib. O, "şərlənib həbs ediləcəyini" istisna etmir.

Bunu da oxu: Seymur Həzini susdurmaq cəhdi- [Video]

Məmməd İbrahim özü şər atır.

O deyir ki, Razi Nurullayev və ətrafındakıları tənqid etdiyinə görə ondan qisas almaq istəyirlər.

Razi Nurullayev

Razi Nurullayev

Razi Nurullayev hadisədən xəbərsiz olduğunu deyir. O həqiqətən də tərəfdarları arasında Mikayıl Quliyev adlı şəxsin olduğunu bildirir. Amma onun kiməsə şər atıb, hücum edəcəyinə inanmır:

“Məmməd İbrahim özü şər atır. Bizə qarşı böhtan və söyüşlərin arxasında duranlardan biri də Məmməd İbrahimdir. Hər halda yaxın günlərdə əsl günahkar bəlli olacaq.”

Özünü "AXCP Etimad Qurultayı" adlandıran qrup AXCP adına iddia edir. Qrupu AXCP sədri Əli Kərimlinin sabiq müavini Razi Nurullayev yaradıb. AXCP isə onları hökumətin sifarişi ilə hərəkət etməkdə suçlayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG