Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:27

İmtahana ödəniləcək qiymətlər müəyyənləşib


 Məleykə Abbaszadə, Baku, 10 aprel 2012

Məleykə Abbaszadə, Baku, 10 aprel 2012

“Dövlət İmtahan Mərkəzi Azərbaycanda keçiriləcək imtahanlarda iştirak üçün ödəniləcək tarifləri müəyyənləşdirib”.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, ancaq Nazirlər Kabineti Mərkəzin fəaliyyətinə aid olan xidmətləri müvafiq sənədə daxil etməyib:

“Bizim xidmətlər müvafiq sənədə daxil olmalıdır ki, Tarif Şurasına müraciət edə bilək. Həmin xidmətlər dövlət tərəfindən tənzimlənir”, - o bildirib.

APA xəbər verir ki, Dövlət İmtahan Mərkəzi xidmətlərin neçəyə başa gəlməsi, verilən büdcə pulunun necə istifadə olunmasını müəyyənləşdirib:

“Bilirik ki, hər bir iştirakçı üçün imtahan neçəyə başa gəlir. Amma Tarif Şurasına müraciət edəndə hansısa dəyişikliklər ola bilər. Onu da nəzərə almaq lazımdır ki, biz indi müəyyən vergi ödəyicisiyik və bu, qiymətlərdə nəzərə alınacaq. Yanvarın 1-dən bizə 1 milyon manat dəyərində nizamnamə fondu ayrılıb. Amma bu da yalnız bir fonddur. Biz yalnız pullu xidmət göstərib, hansısa gəlir əldə edib, işçilərə maaş verə bilərik”.

Foto: arxiv

Foto: arxiv

9-cu siniflərdə nəticələr daha yaxşıdır

Lənkəranda keçirilən seminarda Məleykə Abbaszadə ölkə üzrə orta məktəblərin 9-cu və 11-ci siniflərdə keçirilən imtahanların nəticələrindən də danııb.

“Buraxılış imtahanlarının nəticələrinə əsasən, bütün ölkə üzrə nəticələr IX siniflə müqayisədə XI sinifdə daha yaxşıdır. Uşaqların səviyyəsinin yaxşı olması üçün tədris prosesi I-IX siniflərdə düzgün qurulmalıdır”.

Onun sözlərinə görə, IX sinfi bitirən və buraxılış imtahanında “2” və “3” qiyməti alan uşaqların 30%-i sonradan məktəbi atır, X-XI sinifdə oxumur. M. Abbaszadə qeyd edib ki, X-XI sinifdə tədris prosesi yalnız məktəbdə yox, məktəbdənkənarda da keçilir: “Hər bir məktəbdə IX sinfə kimi orta nəticə 30% olarsa, XI sinifdə bu göstərici 40-45% olur. IX sinifdə əldə olunan nəticə XI sinifdə 10-20% arasında artır. Bu isə o deməkdir ki, IX sinfə kimi şagirdin bünövrəsi necədirsə, sonradan valideyn nə etsə də, nə qədər yaxşı müəllimlərə hazırlığa qoysa da, nəticələrə maksimum 20% təsir etmək mümkün olur”.

Ekspertlər buraxılış imtahanlarının nəticələrinə əsasən, ölkədə tədris sistemində ciddi problemlərin olduğunu, yüksək nəticənin daha çox repititor hazırlığı nətivəsində əldə edildiyi qənaətindədirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG