Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:33

“Buraxılış və qəbul imtahanı 20 ildir, müzakirə mövzusudur. Nədənsə hamı çalışır ki, təhsil sistemində olan problemlərin hamısı yalnız imtahan vasitəsilə həll olunsun. Amma bu, mümkün deyil”.

APA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, buraxılış imtahanı tədrisdəki dəyişikliklərə uyğun olaraq dəyişilir. 9 il əvvəl şagirdlərin məktəblərdə yeni kurrikuluma keçdiyini xatırladan M. Abbaszadə vurğulayıb ki, yeni tələblərə əsasən, uşaqların bilik və bacarığının ölçülməsi həyata keçirilməlidir.

Sədr qeyd edib ki, artıq orta ixtisas məktəblərinə və texnikumlara qəbul abituriyentin buraxılış imtahanının (3 fəndən - ana dili, riyaziyyat və xarici dil) nəticəsinə əsasən, həyata keçirilir:

“İkincisi, qabiliyyət tələb edən ixtisaslara qəbul üçün abituriyentlər yalnız buraxılış imtahanı, sonradan qabiliyyət imtahanı verməlidirlər. Ancaq elə ixtisaslar var ki, abituriyent yalnız 3 fəndən imtahan verərək müsabiqədə iştirak edə bilməz. Bunun üçün yavaş-yavaş buraxılış imtahanlarında fənlərin sayı artmalıdır. Deməli, vahid imtahana keçmək üçün həm fənlərin sayı artmalı, həm də imtahanın forma-modeli dəyişməlidir”.

Məleykə Abbaszadə bildirib ki, buraxılış və qəbul imtahanlarının nə zaman birləşəcəyini demək çətindir. Onun sözlərinə görə, bu ilki IX sinfin buraxılış imtahanlarının nəticəsinə görə araşdırma aparılandan sonra bununla bağlı dəqiq fikir söyləyə biləcəklər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG