Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:25

Avropa Məhkəməsinə daha bir məktub yetişmədi


"Həbsxanadan məktublar". Karikatura. Gündüz Ağayev.
"Həbsxanadan məktublar". Karikatura. Gündüz Ağayev.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin mühafizəçisi Bəhruz Həsənovun həbs işindən Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) göndərilən məktub poçtda itib.

Bu haqda vəkil Əsabəli Mustafayev məlumat verib. Vəkil noyabrın 15-də “Azərpoçt”-dan AİHM-ə 2 məktub göndərdiyini bildirib.

Buna da bax:​ Avropa Məhkəməsinə gedən daha bir şikayət itib

“Məktublardan biri texniki məzmunlu, kiçik idi. Həmin məktub mənzil başına çatıb. Digər məktub Bəhruz Həsənovun həbs işi ilə bağlı kommunikasiya sənədləri idi. Həmin məktubla bağlı bazada heç bir məlumat yoxdur. Praktikada bu sənədlərin oğurlanması deməkdir”, vəkil qeyd edib.

Vəkil məktubun itməsi ilə bağlı AİHM-ə faks göndərdiyini, habelə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə, “Azərpoçt”a şikayət ərizəsi yazdığını bildirib. Sənədləri AİHM-ə təkrar göndərəcəklərini deyən vəkil işlə bağlı bundan sonra problem olmayacağına ümid etdiyini bildirib.

Vəkilin bu dedikləri ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və “Azərpoçt” hələlik, cavab verməyib.

Buna da bax: Komissar Azərbaycana görə, Avropa Məhkəməsinə müraciət edib

Siyasi məzmunlu məhkəmə işlərindən AİHM-ə göndərilən şikayətlərin itməsinə son aylar tez-tez rastlanır.

Noyabrın 23-də vəkilləri həbsdə olan gənc fəal Bayram Məmmədovla bağlı AİHM-ə göndərilən şikayət məktubunun itdiyini açıqlamışdılar.

Bu ilin əvvəlində Meydan TV ilə əməkdaşlığa görə, təqibə məruz qaldığını bildirən jurnalist Şirin Abbasovun şikayət məktubları da poçtda itmişdi. Bununla bağlı hətta poçt vəkil Elçin Sadıqova kompensasiya da ödəyib.

Noyabrın əvvəlində siyasi məzmunlu işlərdən tanınan vəkil Yalçın İmanov da AXCP üzvü Murad Ədilov haqqındakı hökmdən Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilən şikayətin itdiyini açıqlamışdı.

Buna da bax:​ Avropa Məhkəməsinə gedən məktublar qeybə çəkilir

Ondan başqa vəkil Nemət Kərimli də AXCP sədrinin müavini Fuad Qəhrəmanlının AİHM-ə göndərilən şikayət məktublarının itdiyini bəyan eləmişdi.

Azərpoçt: 'Bu hal Amerikada da olur, Fransada da olur”

Hələ, bir müddət əvvəl Azadlıq Radiosu AİHM-ə göndərilən məktubların itməsinin səbəbini aydınlaşdırmaqdan ötrü “Azərpoçt” MMC-yə müraciət etmişdi.

“Azərpoçt” MMC-nin əməkdaşı Mübariz Cəlilov təmsil etdiyi qurumun məktubları it-bata salması haqda deyilənləri “əsassız iddialar” adlandırmışdı:

- İstənilən ölkədə itki ola bilər. Bağlama da itə bilər, məktub da itə bilər. Bu hal Amerikada da olur, Fransada da olur. Görünməmiş iş deyil.

Buna da bax: 'Bir yol qalır, məktubları Gürcüstandan yola salmaq' [araşdırma]

- Bəs necə olur ki, Avropa İnsan Hüquqları Məhkəməsinə gedən məktublar itir?

- Mən onu dəqiq deyə bilmərəm. Kim deyirsə ki məktubum itib, ya bağlamam itib, - rəsmi qaydada müraciət etsin, araşdırma aparılaraq ona itib-itməməsi haqda cavab verilsin”

AXCP sədri Əli Kərimlinin mühafizəçisi Bəhruz Həsənov 2012-ci ildə Suraxanı rayonunda saxlanmışdı. Polisin qanuni tələblərinə tabe olmamada təqsirli bilinən B.Həsənov inzibati həbs cəzası almışdı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG