Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:40

Adı məktəbdən götürüldü, guşəsi Heydər Əliyev muzeyi oldu


Osman Mirzəyev, vertolyot qəzasından qabaq

Osman Mirzəyev, vertolyot qəzasından qabaq

Azərbaycanın tanınmış mərhum telejurnalisti, yazıçı Osman Mirzəyevin adı məzunu olduğu 190 saylı məktəbdən götürülüb.

25 il həmin məktəb O. Mirzəyevin adını daşıyıb. Bu barədə onun qızı Sevinc Osmanqızı öz Facebook səhifəsində yazıb.

Sevinc Osmanqızının yazdığına görə, məktəbin içərisində O. Mirzəyevin həyat və fəaliyyətini işıqlandıran guşə Heydər Əliyev muzeyi ilə əvəz edilib.

“Sanki az imiş H. Əliyev muzeyi. Vətən uğrunda canından keçən şəhidə hörmət budurmu? Bu məktəb bir neçə nəsil məzunun həyatının ayrılmaz hissəsidir. Bu fəxr ediləsi tarixi necə silib atmaq olar?”, – S. Osmanqızı sual edib.

Osman Mirzəyev 1991-ci ilin noyabrın 20-də Xocavənd rayonu Qarakənd səmasında vurulan vertolyotda həlak olub. Dağlıq Qarabağda separatçıların vurduğu həmin vertolyotda Osman Mirzəyevdən başqa Azərbaycanın o vaxt ki, hakimiyyətinin bir sıra aparıcı simaları da həlak olmuşdular. Həmin vaxt O. Mirzəyev Azərbaycan prezidentinin mətbuat katibi işləyirdi.

O, "Adlarımız", "Bir dəfə yaşayırıq", "Damla və göl", "Qartal uçuşda" kitablarının müəllifidir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG