Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:28

.

Sentyabrın 15-də yeni dərs ili başlayır. Bu il 6 yaşı yenicə tamam olan təqribən 130 minə yaxın uşaq, ilk dəfə məktəbə qədəm basacaq.

İndidən bu balacaların hansı hisslər keçirdiyini təsəvvür etmək çətin deyil. Yəqin ki, onların valideyinlərinin də sevinci hədsiz-hüdudsuzdur. Ancaq bu sevincli günlər özü ilə qayğılar da gətirir. Mətləbi uzatmağa ehtiyac yoxdur, söhbət məktəbli formalarından və dərs üçün lazım olan ləvazimatın ildən-ilə yüksələn qiymətlərindən gedir.

Biz təbii ki, heç kimin kefinə necə deyərlər soğan doğramadan birinci sinif şagirdləri üçün məktəbli formalarının və dərs ləvazimatının qiymətlərini burda sizə təqdim edəcəyik. Görək bir ailə üçün bir uşağı məktəbə göndərmək neçəyə başa gəlir?

​Bəri başdan deyək ki, paltarların qiyməti Bakı Tikiş Fabrikinin qiymətləridir. Dərs ləvazimatının qiymətlərini öyrənmək üçün isə biz firma mağazalarına yox, çoxlarının üz tutduğu Sədərək Ticarət Mərkəzinə yollanmışıq.

Birinci sinif şagirdinin məktəbə yola salınması üçün lazım olanlar və onların minimum qiymətləri aşağıdakı kimidir:

1. Məktəbli forması - 34 manat
2. Ayaqqabı – 15 manat
3. Çanta - 20 manat
4. Corab, mayka, (Saç bantı, kolqotka) - 8 manat.
5. Su qabı - 6 manat
6. Bəslənmə çantası - 6 manat
7. İş dəftərləri, hərf və rəqəmlər (əyani vəsait kimi) – 38 manat
8. 10 ədəd 12 vərəq , 5 ədəd 40 səhifəlik dəftər və gündəlik - 3 manat 50 qəp
9. Qələm, qələmqabı, rəngli karandaş , karandaşyonan, xətkeş və hesab üçün "şotka" – 9 manat
10. Plastilin, yapışqan , rəngli kağız, pozan – 4 manat
11. Rəsm albomu, dəftər-kitab üzləri və kitab qoyulan -7 manat 50 qəpik.
12. Rəngli boya, çöp – 4 manat

Cəmi – 155 manat

Yuxarı sinif şagirdlərinin isə xərcləri daha yüksəkdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG