Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:21

Şagird döyməyə görə direktor işdən çıxarılıb


Təhsil Nazirliyi
Təhsil Nazirliyi

Bakı şəhəri 247 nömrəli tam orta məktəbində müəllimin şagirdə xəsarət yetirməsi ilə bağlı şikayət araşdırılıb. Araşdırmaya görə, şikayət təsdiqini tapıb.

Bu barədə APA-ya Bakı şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Xəbərdə qeyd edilir ki, Bakı şəhəri 247 nömrəli məktəbin riyaziyyat müəllimi Sevil İsmayılova peşə fəaliyyəti zamanı «Müəllimlərin etik davranış qaydaları»nın tələblərini pozub. Məktəbin direktoru Raya Allahverdiyeva isə faktla bağlı vaxtında zəruri tədbirlər görməyərək, S.İsmayılovanı məsuliyyətdən yayındırmağa çalışıb.

Araşdırmanın nəticəsi olaraq 247 nömrəli tam orta məktəbin direktoru Raya Allahverdiyeva ilə bağlanmış əmək müqaviləsinə xitam verilib. Məktəbin riyaziyyat müəllimi Sevil İsmayılova ilə bağlanmış əmək müqaviləsi də ləğv olunub.

Bu qərara məktəb direktoru və riyaziyyat müəllimin münasibəti, hələlik, bəlli deyil.

Prezident İlham Əliyev yeni tədris ilindən öncə, sentyabrın 7-də sözügedən məktəbdə olmuşdu.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG