Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:57

Azərbaycanda qış rejimi noyabrın 15-dən aprelin 15-ə qədər tətbiq olunur. Ancaq Bakıdakı 117 məktəbdə ayın 1-dən etibarən fərdi qazanxanalar işə salınıb. Həmin məktəblərə istilik verilməsi artıq təmin olunub.

“Turan” Agentliyinin xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva noyabrın 3-də jurnalistlərə açıqlamasında belə deyib.

Buna da bax:​ Yenə söz verdilər: "2-3 günə istilik problemi həllini tapacaq"

M.Vəliyeva “Azəristiliktəchizat” cəmiyyətinin razılığı ilə belə addım atdıqlarını ifadə edib.

135 məktəbə noyabrın 15-də istilik veriləcək

“Digər müəssisələr mərkəzləşdirilmiş qaydada tənzimlənir. Hazırda Bakıda 135 məktəb mərkəzləşdirilmiş qaydada istilik sistemi ilə təchiz edildiyindən onlar noyabrın 15-də istiliklə təmin olunacaq”, deyən M.Vəliyeva istilik probleminin məktəblərdə şagirdlərin davamiyyətinə də mənfi təsir göstərdiyini qeyd edib.

Qəzalı məktəblər var

Bakıdakı orta məktəblərin texniki durumundan da söz açan M.Vəliyeva qəzalı məktəblərin olduğunu bildirib.

Buna da bax:​ ​'Avropanı qazla təmin etmək istəyən ölkə öz məktəblərinə istilik vermir'

“Hazırda ən ciddi vəziyyət 171 saylı məktəbdə müşahidə olunur. Həmin məktəb iki korpusludur. Məktəbin qəzalı halda olan korpusunun şagirdləri digərinə köçürülüb. Orada dərslər iki növbəli sistemdə aparılır”, deyən M.Vəliyeva problemin çözülməsindən ötrü müvafiq təşkilatlar - Bakı Şəhər İcra Hakimiyyəti və Təhsil Nazirliyi qarşısında məsələ qaldırdıqlarını vurğulayıb.

Şagirdlərlə qaba rəftar cəzalandırılmalıdır

Təhsil idarəsi müdiri şagirdlərlə davranışın durumu barədə sualları da cavablandırıb. O deyib ki, məktəblərdə şagirdlərin təhsil almaq hüququ ilə yanaşı, digər hüquqları da müdafiə olunmalıdır.

Buna da bax:​ Bu qışın əvvəli necə olacaq - 'Azəristilik' danışır...

“Şagirdlərə qarşı hansısa kobud hərəkət edən müəllimlər inzibati qaydada cəzalandırılacaq. Təhsil nazirinin müvafiq əmri var. Həmin qaydalardakı bəndlərdən biri də müəllimlərin davranışında uşaqlara qarşı zorakılıq hərəkətlərinə yol verilməməsidir”, o, bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG