Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:03

Məkkədə kran aşması nəticəsində azı 107 nəfər ölüb (Video)


Məkkədəki qəzadan görüntülər
Gözlə

No media source currently available

0:00 0:01:12 0:00

Məkkədə baş verən hadisə yerinnən görüntülər

Cümə günü müsəlmanların müqəddəs şəhəri Məkkədə qaldırıcı kranın aşması nəticəsində azı 107 nəfərin həlak olduğu xəbər verilir

Cümə günü müsəlmanların müqəddəs şəhəri Məkkədə qaldırıcı kranın aşması nəticəsində azı 107 nəfərin həlak olduğu xəbər verilir.

Güclü küləyin təsiri altında aşan tikinti kranı Böyük Məscidin üstünə düşərək dağıntıya səbəb olub.

Hadisə minlərlə zəvvarın Həcc ziyarəti üçün axışdığı vaxt baş verib.

Daha 230 nəfərin xəsarət aldığı xəbər verilir.

Kranın aşdığı axşam saatlarında Məscid əl-Həram, yəni Böyük Məscid qələbəlik olub.

Sosial medianı dolduran video və fotolarda dağıntı və cəsədlər görünür.

Qərb mediası kranın aşdığını göstərən videoları dərc edib.

Ən izdihamlı vaxtda

Xəbərlərdən bəlli olur ki, hadisə izdiham arasında hay-küyə səbəb olub.

Qurbanların milliyyəti və ölkə mənsubiyyəti barədə hələlik heç bir məlumat verilmir.

Lakin İRNA agentliyinin verdiyi xəbərə görə xəsarət alanlardan 15-i iranlıdır.

Hakimiyyət orqanları xəbər veriblər ki, hadisənin ərəfəsində güclü küləklə yanaşı, “orta gücdə olan yağış” yağırmış.

Bütün ötən həftə ərzində regionda güclü toz fırtanaları baş verirdi.

Məkkə böyük bir tikinti meydançasıdır

Böyük Məscidin ətrafında çoxsaylı tikinti işləri gedir və aşan kran bu tikintilərdən birinə məxsus olub.

Tikintilərdən biri də 45 mərtəbəli 10 min otaqlı oteldir. Bu otelin 5 mərtəbəsi xüsusi olaraq kral ailəsi üçün tikilir.

Məkkə valisi şahzadə Khaled al-Faisal insidentin araşdırılmasına göstəriş verib.

Ötən il 2 milyon insan Həcc ziyarəti edib. Səudiyyə xəbər agentliklərinin məlumatına görə bu il Məkkəyə indiyədək 800 min zəvvar gəlib.

Mətbuat yazır ki, Məkkə əvvəllər də bədbəxt hadisələrin, xüsusilə də kütləvi ölümlərlə nəticələnmiş basabasların şahidi olub.

2006-cı ildə baş vermis belə bir basabasda 300-dək zəvvar həyatını itirmişdi. Elə həmin il çoxmətrtəbəli otelin uçması nəticəsində 76 nəfər ölmüşdü.

Həcc ziyarəti sentyabrın 11-də başlayıb. Bu il Azərbaycana Həcc ziyarəti üçün 2400 yer ayrılıb. VİP xidmətlərlə Həcc 5750, adi xidmətlərlə isə 4700 dollardır.

Nisbətən ucuz ziyarət növü üzrə yerlər dolsa da, VİP yerlər üçün boş yer qalıb. ​

Buna da bax: Moskvada 10 minlik məscid açılır

XS
SM
MD
LG