Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:05

Məkkədə ölənlərin 1000-dən artıq olduğu iddia edilir


Lakin Səudiyyə hökuməti israr edir ki, morqa hadisə zamanı ölənlərdən başqa öz əcəli ilə ölənlər də gətirilib.

Səudiyyə Ərəbistanının rəsmiləri ötən həftə Həcc ziyarətində baş vermis basabasda ölənlərin sayının 1000-dən artıq olduğunu inkar edirlər.

Bir Nigeriya rəsmisi BBC-yə bildirib ki, həmin gün Ciddədəki ölüxanaya 1075 cəsəd gətirilib.

İranda Məkkə ölümləri ilə əlaqədar antisəud etirazları olub
İranda Məkkə ölümləri ilə əlaqədar antisəud etirazları olub

Səudiyyənin verdiyi rəsmi rəqəm 769-dur.

Bəzi ölkələr ölənlərin sayını 1090 nəfər olaraq göstərirlər.

Lakin Səudiyyə hökuməti israr edir ki, morqa hadisə zamanı ölənlərdən başqa öz əcəli ilə ölənlər də gətirilib.

General-mayor Mansour al-Turki Associated Press agentliyinə bildirib ki, belə mərhumlardan bəziləri Səudiyyə Ərəbistanında yaşayırdılar və Həcc ziyarəti üçün rəsmi icazələri yox idi.

Bundan əvvəl, sentyabrın 11-də Məkkədə kran aşması nəticəsində 109 nəfər həlak olmuşdu.

1090 meyit fotosu

Lakin Məkkə basabasında ölənlərin sayı ətrafında ziddiyyətlər səngimək bilmir. Hindistanın xarici işlər naziri Sushma Swaraj ötən bazar günü göndərdiyi tvitdə bildirmişdi ki, Səudiyyə hökuməti 1090 meyitin fotosunu açıqlayıb.

Pakistan və İndoneziya rəsmiləri də bildirirlər ki, onlara 1000-dən artıq fotoşəkil göndərilib.

Şeytana daşatma mərasimi
Şeytana daşatma mərasimi

Nigeriyanın bir Həcc rəsmisi BBC-nin Afrika xidmətinə deyib ki, şəxsən özü Ciddədə 10 yük maşını ilə 1075 cəsədin ölüxanaya gətirildiyinin şahidi olub.

Basabas Həcc ziyarətinin son mərhələsində, zəvvarların Camarat adlandırılan sütünlara daş atdığı yerdə baş verib.

Bu sütunların yanında şeytanın İbrahim peyğəmbəri yoldan çıxartmağa cəhd etdiyinə inanılır.

Səudiyyə Ərəbistanının böyük müftisi Sheikh Abdul Aziz bin-Abdullah al-Sheikh hadisədə hakimiyyətin təqsiri olmadığını elan edib.

Basabasda ən çox vətəndaşını itirmiş İran azı 228), habelə bir sıra başqa ölkələr müftinin hökmü ilə razı deyillər.

XS
SM
MD
LG