Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:23

►Mükafat yenə Əliyevlər ailəsinin üzvünə verildi...

ANS Şirkətlər Qrupu "İlin adamı" mükafatını prezidentin xanımı, "Heydər Əliyev Fondu"nun prezidenti Mehriban Əliyevaya təqdim edib.

AzərTAc xəbər verir ki, bununla bağlı düzənlənən mərasimdə M.Əliyevanın bu mükafata "“Bakı-2015” birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkili və keçirilməsindəki müstəsna roluna, Azərbaycanın müsbət imicinin dünyada tanınması istiqamətində göstərdiyi genişmiqyaslı fəaliyyətə, milli mədəniyyətimizin təbliği istiqamətində gördüyü işlərə, ölkəmizdə multikulturalizm mühitinin inkişaf etdirilməsinə verdiyi töhfəyə və davamlı xeyriyyəçilik fəaliyyətinə görə" layiq görüldüyü elan edilib.

“2015-ci ilin adamı” mükafatının diplomunu və pul mükafatını Mehriban Əliyevaya ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev təqdim etdi.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Təqdim edilən pul mükafatı Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan və daun sindromlu şəxslərin sosial-mədəni reabilitasiyasına xidmət edən Bakıdakı Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin hesabına köçürüləcək.

Bakı Olimpiya Oyunları Azərbaycanda və beynəlxalq aləmdə birmənalı qarşılanmayıb. Azərbaycan hökumətinin tənqidçiləri düşünür ki, bu, büdcə vəsaitlərinin israfçılığı ilə müşayiət olunub.

Mehriban Əliyeva bu mükafata 2005-ci ildə də layiq görülüb. Bundan əvvəl mükafat prezident İlham Əliyevə verilmişdi. İlham Əliyev 2007-ci ildə də bu mükafatı almışdı. 2002 və 2003-cü illərdə isə mükafat Heydər Əliyevə təqdim edilmişdi.

Buna da bax:

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG