Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:07

Müdafiə Nazirliyi polkovnikdən 1 milyon tələb edir


Mehman Səlimov
Mehman Səlimov

►"Belə bir adamı qanunsuz mənimsəmədə ittiham etmək ədalətsizlikdir"

1995-1999-cu illərdə müdafiə nazirinin müavini olmuş polkovnik Mehman Səlimovun mühakiməsi yekunlaşmaq üzrədir. Mənimsəmə, qanunsuz sahibkarlıq, vergidən yayınma kimi əməllərdə günahlandırılan keçmiş nazir müavininə prokuror 10 il həbs cəzası istəyib.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bu prosesdə tərəflərin çıxışları mərhələsidir.

Aprelin 15-də keçirilən məhkəmə iclasında Müdafiə Nazirliyinin nümayəndəsi çıxış edib. O, Mehman Səlimova qarşı 1 milyon 205 min 265 manatlıq mülki iddianın da təmin olunmasını istəyib.

“SÜBUTLAR ZİDDİYYƏTLİDİR”

Mehman Səlimovun vəkili Könül Əliyeva isə sabiq nazir müavininin günahsız olduğunu vurğulayıb və onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.

Müdafiəçi deyir ki, aylarla davam edən məhkəmə prosesində dəfələrlə tikinti və maliyyə ekspertizalarının keçirilməsi haqda vəsatət qaldırıblar, amma bu vəsatətlərin heç biri təmin olunmayıb.

Vəkil Müdafiə Nazirliyinin 1 milyon 205 minlik iddiasına da münasibət bildirib:

"Müdafiə Nazirliyinin iddiası təmin oluna bilməz. Çünki bununla bağlı heç bir sübut yoxdur. Mehman Səlimova qarşı ittiham tərəfinin ortaya qoyduğu sübutlar ziddiyyətlidir. Ona bəraət verilməlidir".

Mehman Səlimovun tanınmış şəxs olduğunu qeyd edən vəkil onun xidmətlərindən danışarkən deyib ki, vaxtilə o, Gəncədə böyük bir dəstəni girovluqdan azad edib.

Könül Əliyeva keçmiş nazir müavininin səhhətində ciddi problemlər olduğunu da məhkəmənin diqqətinə çatdırıb. Qeyd edib ki, Mehman Səlimov hipertoniyadan, şəkərli diabetdən əziyyət çəkir. O, səhhətindəki problemlərlə əlaqədar hazırda Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılır.

___________________________________________________________

Bunlara da bax:
Xaricdə təhsil proqramı dayandırıldı
Nazir polisə işləmək istəyənlərdən 78-ni seçdi

___________________________________________________________

“XİDMƏTLƏRİNİ NƏZƏRƏ ALIN”

"Azərbaycanda son vaxtlar cəbhədə vəziyyət gərginləşərkən Mehman Səlimov döyüşlərdə iştirak etmək üçün dövlət başçısına müraciət ünvanlamışdı. Xahiş edirəm, hökm çıxararkən onun xidmətlərini nəzərə alın. Belə bir adamı qanunsuz mənimsəmədə ittiham etmək ədalətsizlikdir", - vəkil əlavə edib.

Məhkəmə prosesi aprelin 22-də Mehman Səlimovun son sözü ilə davam edəcək.

2014-cü ilin noyabrından həbsdə olan Mehman Səlimov CM-in 179-cu (mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 192-ci (qanunsuz sahibkarlıq), 213-cü (vergidən yayınma) maddələri ilə ittiham olunur. 1995-1999-cu illərdə müdafiə nazirinin müavini çalışmış Mehman Səlimov Müdafiə Nazirliyinin sifarişi ilə hərbi şəhərcik tikərkən, öhdəlikləri yerinə yetirməməkdə suçlanır.

Mehman Səlimovun özü ittihamı qəbul etmir. Bildirir ki, həbsindən əvvəl keçmiş MTN-ə çağrılıb və ondan sabiq müdafiə naziri Səfər Əbiyevin əleyhinə ifadə vermək tələb olunsa da, buna razılaşmayıb.

Buna da bax: Bakıda maraqlı sorğu - Mütləq izləyin!

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG