Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:06

Müdafiə nazirinin keçmiş müavininə 8 il


Mehman Səlimov
Mehman Səlimov

-

Müdafiə nazirinin keçmiş müavini Mehman Səlimov 8 il azadlıqdan məhrum edildi. Müdafiə Nazirliyinin ona qarşı 1 milyon 205 min manatlıq iddiası da təmin olunub.

Hökmdən əvvəl Mehman Səlimov məhkəmədə son sözündə günahsız olduğunu bildirib:

"Mən dövlətçiliyə görə canımı fəda eləmişəm. İndi kiminsə intriqasına düşmüşəm. Məni bir il MTN-ə çağırdılar ki, Səfər Əbiyevin üzünə durum, əks halda, apardığım tikintini dayandırıb həbs olunacağımı dedilər. Bu gün ailəm kirayələrdə qalır, çünki evimi, bağımı satıb, kürəkənimin evini girov qoyub o pulları Müdafiə Nazirliyi üçün obyektlərin tikintisinə sərf eləmişəm. Amma utanmadan, qırmızı-qırmızı gəlib hələ bir məndən pul istəyirlər. Mənim 60 yaşım var, neçə il müharibədə olmuşam. “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşam. Hamı Heydər Əliyevi qoyub qaçanda mən sinəmi qabağa vermişəm. Heydər Əliyev sağ olsaydı, heç kim məni bura sala bilməzdi".

2014-cü ilin noyabrından həbsdə olan Mehman Səlimov CM-in 179-cu (mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 192-ci (qanunsuz sahibkarlıq), 213-cü (vergidən yayınma) maddələri ilə ittiham olunub. 1995-1999-cu illərdə müdafiə nazirinin müavini çalışmış Səlimov Müdafiə Nazirliyinin sifarişi ilə hərbi şəhərcik tikərkən, öhdəlikləri yerinə yetirməməkdə suçlanıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG