Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:03

-

Bloqçu, reportyor Mehman Hüseynov sentyabrın 6-da Sabunçu Rayonunda ASAN Xidmətdən şəxsiyyət vəsiqəsini almaq istəyərkən polis tərəfindən saxlanılıb.

Bu barədə Mehman Hüseynovun özü AzadlıqRadiosuna məlumat verib. O, 13-cü polis bölməsinə aparılıb.

Bir neçə saatdan sonra sərbəst buraxılan Hüseynova bölmə əməkdaşları bildirib ki, saxlanılmasına səbəb Səbail rayonu Polis İdarəsi tərəfindən ona “stop” qoyulmasıdır.

Bloqçunun dediyinə görə, bölmədə ondan iltizam alınıb və sərbəst buraxılıb. Başqa sözlə, M.Hüseynov sentyabrın 7-də Səbael polisinə bir daha getməlidir.

Mehman Hüseynov şəxsiyyət vəsiqəsinin bir il əvvəl saxta ittihamla Xətai rayon Polis İdarəsi tərəfindən əlindən alınaraq ləğv olunduğunu bildirir.

ASAN Xidmətə də yeni şəxsiyyət vəsiqəsi almaq məqsədilə müraciət edib. 3 gün əvvəl ona yeni vəsiqənin alınmasında heç bir problemin olmadığı deyilsə də, sentyabrın 6-da quruma müraciət edən bloqçu vəsiqəni ala bilməyib.

Olaya rəsmi qurumlardan münasibət öyrənmək cəhdimiz baş tutmadı.

Günün bütün mövzuları

XS
SM
MD
LG