Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:31

Məhkəmələr gənc fəalların iddialarını rədd etdi


Gənclərin işgəncəyə məruz qalması ilə bağlı cinayət işi açılmadı

Səbail Rayon Məhkəməsi həbsdə olan gənc fəallar Bayram Məmmədov və Qiyas İbrahimovun saxlanıldıqları zaman işgəncəyə məruz qalmaları ilə bağlı cinayət işinin açılmasına lüzum görməyib. Məhkəmə sentyabrın 14-də belə qərar verib.

Bu haqda gənclərin vəkili Elçin Sadıqov bildirib.

Vəkil deyib ki, may ayında Bayram Məmmədov Qiyas İbrahimovun işgəncəyə məruz qalması epizodu üzrə cinayət işinin açılması, işgəncə verənlərin məsuliyyətə cəlb olunması məqsədi ilə prokurorluğa müraciət edib. Bakı şəhər prokurorluğunun İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi Asəm Səfərəliyev isə iyunun 7-də cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edib.

Buna da bax:​ Vəkil: 'Gənclərin işgəncə şikayəti araşdırılmır'

Səbail Rayon Məhkəməsindən həmin qərarın ləğv edilməsi, işgəncə ilə bağlı cinayət araşdırmasının aparılması istənilirdi.

Hakim Elmar Rəhimov şikayəti rədd edib.

Məhkəmələr hər iki gənc haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçib.

Vəkil bu qərarın tamamilə əsassız olduğunu, apelyasiya şikayəti verəcəklərini vurğulayıb.

Həbs müddətinin artırılması

Sentyabrın 14-də gənc fəallardan B. Məmmədovun həbs müddətinin 2 ay artırılmasından verilən apelyasiya şikayəti də təmin olunmayıb.

Buna da bax:​ «Narkotik büküldüyü polietilen torbalar ekspertizadan keçirilsin»

Bakı Apelyasiya Məhkəməsinin hakimi Mirpaşa Hüseynov gənc fəalın həbs müddətini 2 ay 1 gün artıran Xətai Rayon Məhkəməsinin qərarını əsaslı hesab edərək qüvvədə saxlayıb.

Vəkil həmin qərarı da qanunsuz saydıqlarını, Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəklərini bildirib.

B. Məmmədov digər gənc fəal Qiyas İbrahimovla birgə mayın 10-da saxlanıb. Mayın 12-də Xətai Rayon Məhkəməsi hər iki gənc haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçib. Sentyabrın 6-da B.Məmmədov barəsindəki həbs müddəti 2 ay 1 gün artırılıb

Gənclər narkotikdə ittiham edilirlər. Ancaq onlar işgəncə altında ifadə verməyə məcbur edildiklərini bildiriblər.

Buna da bax:​ Ombudsman Aparatı 'işgəncə yoxdur' deyir, vəkil razılaşmır

Daxili İşlər Nazirliyi və Ombudsman Aparatı gənclərə işgəncə verilməsini təkzib edib.

Gənclərin keçmiş prezident Heydər Əliyevin abidəsinə şüar yazılmasına görə həbs edildiyi güman olunur.

Q. İbrahimovun işinə isə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ənvər Seyidovun sədrliyi ilə baxılır. Sentyabrın 20-də hazırlıq iclasının davamı olmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG