Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:50

Doğan Media qrupun rəhbəri istefa verdi


Doğan Holding
Doğan Holding

Türkiyənin ən böyük özəl media qruplarından olan Doğan Media qrupun baş icra rəhbəri Mehmet Ali Yalçındağ istefa verib. Buna səbəb onunla prezident Erdoğanın kürəkəni, enerji naziri Berat Albayrak arasında iddia olunan yazışmanın e-maillərdir. Həmin e-mailləri Redhack adlı haker qrupu ələ keçirib və bir hissəsini çap edib.

E-maillərə görə, xalq arasında müstəqil hesab olunan Doğan qrupunun rəhbəri prezidentin kürəkəninə söz verir ki, verilən məlumatlar, onların işıqlandırılması hökumətpərəst yönümdə olacaq.

Doğan Qrupuna Hürriyyət qəzerti , Kanal D televiziyası, CNN-Türk daxildir.

Yeri gəlmişkən, Yalçındağ da Doğan qrupunun sahibi Aydın Doğanın kürəkənidir.

Yalcındağ Hürriyyət qəzetində dərc olunan bəyanatında bildirir ki, e-maillər ona aid deyil, “texniki analiz göstərib ki, e-mailləri o yazmayıb və bunlar onun kompeterindən göndərilməyib”.

Yalçındağ bu hadisəni “saxtakarlıq” adlandırır, bununla belə istefa verib.

Aydın Doğan Yalçındağın qərarını dəstəkləyib.

O bildirib ki, “mən qəti şəkildə mənim kürəkənimə və bizim ailəyə qarşı bu qanunsuz və əxlaqsız hücumu pisləyirəm”

Doğan media qrupunun tərkibində olan medialar 15 iyul çevriliş cəhdindən sonra Erdoğanı dəstəkləyir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG