Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:23

Çeçenistan müftiliyi peyğəmbər haqqında filmə qarşı


"Məhəmməd - Tanrının elçisi" filmi

"Məhəmməd - Tanrının elçisi" filmi

Çeçenistan Respublikasında Müsəlmanların Ruhani İdarəsi filmə baxaraq onu baxılmaq və yayılmaq üçün tövsiyə etməmək qərarına gəlib.

İdarə öz qərarına bu səbəbləri əsas gətirib:

- Müsəlman alimləri arasında mövcud olan ümumi rəyə görə, şəkil və filmlərdə Məhəmməd peyğəmbəri görüntüləmək qadağandır.

- Filmdə bir sıra tarixi təhriflər var. Bu təhriflər tamaşaçıda İslam tarixi və Məhəmməd peyğəmbərin həyatı barədə yanlış təsəvvür yarada bilər.

Buna da bax: Majid Majidinin təqdim etdiyi fərqli bir Peyğəmbər bioqrafiyası

- Məhəmməd peyğəmbərin bəzi silahdaşları mənfi və təhrif olunmuş şəkildə təsvir edilir.

- Film yaradıcılarının əsaslandıqları mənbələr göstərilmir. Süjetin razılaşdırıldığı alimlərin adları qeyd edilmir.

Daha əvvəl Səudiyyə Ərəbistanının ali müftisi şeyx Abdul-Aziz Al ash-Sheikh bildirmişdi ki, İslamda peyğəmbərin uşaqlığının kinematoqrafik biçimdə görüntülənməsi yolverilməzdir.

Buna da bax: Məhəmməd peyğəmbər haqda filmə Azərbaycanda baxan olacaqmı?

Tanınmış rejissor Majid Majidi-nin "Məhəmməd - Tanrının elçisi" filmi İran kinematoqrafı tarixində ən bahalı filmdir. On il ərzində çəkilən filmin istehsalına 50 milyon dollar xərclənib. Film "Məhəmməd peyğəmbərin həyatı" trilogiyasının birinci bölümüdür.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG