Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:46

«700 manat verdik, oğlumu əməliyyat elədilər, ancaq əməliyyatdan sonra onu yarımcan halda zona qaytardılar. Yarasına çirk yığıldı, vəziyyəti ağırlaşanda yenidən Müalicə Müəssisəsinə qaytardılar».

Şəmkirin Təzəkənd kəndinin sakini Tariyel Əliyev AzadlıqRadiosuna 15 saylı cəzaçəkmə müəssisəsində saxlanılan oğlu Ceyhun Əliyevin vəziyyətindən danışır.

TƏKRAR ƏMƏLİYYAT EDİBLƏR

Ceyhun Əliyevin 44 yaşı var. 9 il əvvəl qəsdən adamöldürmə maddəsi ilə həbs olunaraq, 15 illik həbsə məhkum edilib. Ata iddia edir ki, vaxtında prokurora rüşvət verməyə pulu olmadığından başqasının törətdiyi cinayəti oğlunun üzərinə yıxıblar.

Atanın sözlərinə görə, 4 ay əvvəl Ceyhunun vəziyyəti saxlandığı cəzaçəkmə müəssisəsində ağırlaşıb və Müalicə Müəssisəsinə əməliyyata götürülüb. Əməliyyatdan çıxandan dərhal sonra – yarası sağalmamış müəssisəyə qaytarılıb. Nəticədə baxımsızlıqdan yaraya çirk yığılıb və xəstənin vəziyyəti pisləşib: «Yalvardım-yaxardım ki, dustaq da insandır. Bir atanın, ananın övladıdır. Bunu bu vəziyyətdə niyə müəssisədə saxlayırsınız? Gördüm həkimlər çox məsuliyyətsiz yanaşır, özüm bir cərrahla danışdım, yalvar-yaxarla Ceyhunu təzədən müalicə müəssisəsinə köçürtdürdüm, bu cərrah ötən həftənin cümə günü Ceyhunu təkrar əməliyyat etdi. Cərrah da deyir, «mənim işim əməliyyat etmək idi. Həbsdəki adamı həkim kimi nəzarətdə saxlaya bilmərəm».

DÖYÜLÜB?

Atanın deməsinə görə, Ceyhunun vəziyyəti çox pisdir, indi onu elə bu vəziyyətdə cəzaçəkmə müəssisəsinə qaytarmaq istəyirlər.

Məhbus atasının sözlərindən fərqli olaraq, sosial şəbəkələrdə Ceyhun Əliyevin döyülərək daxili orqanlarının zədələndiyini yazırlar.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən «Qaynar xətt»ə bildiriblər ki, məhbusla bağlı araşdırma aparılıb məlumat veriləcək.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG