Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:41

Məhbusların hansı hüquqları pozulur?


İlqar Məmmədova fiziki təzyiqlər ilk dəfə deyil...
Gözlə

No media source currently available

0:00 0:01:44 0:00

İlqar Məmmədova fiziki təzyiqlər ilk dəfə deyil...

-

Siyasi Məhbusların Monitorinqi Mərkəzi (SMMM) bəzi məhbusların hüquqlarının vaxtaşırı pozulması ilə bağlı narahatlığını bildirib.

Mərkəzin rəhbəri Elşən Həsənov Azadlıq Radiosuna deyib ki, jurnalsit Xədicə İsmayıla ötən il bir müddət vəkili ilə görüş verilməyib, yalnız anası yanına buraxılıb.

E. Həsənov deyib ki, həbsdə olan “ReAl” Hərəkatının lideri İlqar Məmmədovun da bəzən görüş hüquqları məhdudlaşdırılıb:

“Bu, həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında qanunun 15.1.1-ci maddəsinin pozulması deməkdir”

O, jurnalist Seymur Həzinin də uzun müddət nəzarətdə saxlanıldığını və bu əsasla ona bağlama çatdırılmadığını, doğmaları ilə görüş verilmədiyini bildirib.

Mərkəz rəhbəri deyib ki, siyasi məhbus sayılan şəxslərin mətbuat almaqla bağlı da problemləri var.

E. Həsənovun deməsinə görə, Nardaran hadisələri ilə bağlı həbs olunanların da hüquqları tapdalanıb. Hətta onlardan bəzilərinin işgəncələrə məruz qaldığı da deyilir:

"Biz Penitensiar Xidmətin rəhbərliyinə siyasi məhbusların hüquqlarını bərpa etmək və qanunvericiliyin pozulmasında təqsirli olanları cəzalandırmaq xahişi ilə müraciət edirik ", - deyə Həsənov qeyd edib.

__________________________________________________________

Bunlara da bax:

____________________________________________________________


Ancaq Penitensiar Xidmətin rəhbərliyi işgəncə ilə bağlı iddiaları qəbul etmirlər.

Ölkənin hüquq müdafiə qurumları Azərbaycanda 80- dən çox siyasi məhbusun olduğunu bildirirlər. Hakimiyyət təmsilçiləri isə, bəyan ediblər ki, Azərbaycanda heç kim siyasi mülahizələrlə həbs edilməyib. Onlar törətdikləri əmələ görə, cinayət məsuliyyətinə cəlb ediliblər.

Elşən Həsənov özü də keçmiş məhbusdur. O, 2011-ci il aprelin 2-də razılaşdırılmamış kütləvi aksiyada iştiraka görə, həbs edilmişdi. 2012-ci ildə azad edilib. 2013-cü ildə Siyasi Məhbusların Monitorinq Mərkəzini təsis edib.

Buna da bax: "İŞİD"dən geri alınan qədim Palmiranın son görüntüləri..

Qədim Palmiranın son görüntüləri..
Gözlə

No media source currently available

0:00 0:01:30 0:00

XS
SM
MD
LG