Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:52

-

Rusiyanın baş naziri Dmitry Medvedev «daimi müharibə» və ya «Dünya müharibəsi» ehtimalı barədə xəbərdarlıq edib. Onun ehtimalına görə, bu, Suriya münaqişəsinin həlli tapılmazsa, eləcə də ABŞ və ərəb quru qoşunları münaqişəyə daxil olacaqları təqdirdə baş verəcək.

Medvedev fevralın 11-də Münhendə Almaniyanın «Handelsblatt» qəzetinə verdiyi müsahibəsində deyib ki, Vaşinqton və Moskva bütün imkanlarından istifadə edərək tərəflərə atəşin dayandırılması yönündə təzyiq etməlidirlər.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı qüvvələri - son vaxtlarda müzakirə olunduğu kimi - ABŞ-ın rəhbərliyi altında qurudan əməliyyata başlayarsa, bu, «daimi müharibə»yə çevrilə bilər. Buna örnək olaraq Əfqanıstanı və bir çox başqa ölkələri göstərib.

Medvedev bildirib ki, Birləşmiş Ştatlar və ərəb ölkələri Suriyadakı münaqişəyə daxil olmazdan əvvəl ciddi düşünməlidirlər: «Bütün tərəflər Dünya müharibəsinə rəvac vermək əvəzinə danışıq masasına oturdulmalıdır».

Rusiya qüvvələri keçən ilin sentyabrından Suriyadakı hərbi əməliyyatlarda iştirak edirlər. İndi onlar prezident Bashar al-Assad qoşunlarının irəliləməsi üçün strateji əhəmiyyətli Hələb şəhəri ətrafında bombardmanlar həyata keçirirlər.

Suriyaya, həmçinin, ABŞ-ın başçılığı altında onlarla başqa ölkə də aviazərbələr endirir.

Fransa prezidenti François Hollande fevralın 11-də Rusiyanı Assad-i dəstəkləyən hərbi əməliyyatları dayandırmağa çağırıb. O deyib: «Mən Rusiyadan bu hərəkətləri dayandırmağı xahiş edirəm. Biz Assad-in hakimiyyəti tərk etməsinə nail olmalıyıq. İndiki zamanda o, Rusiyanın köməyi ilə öz xalqına divan tutur».

Fevralın 11-də Münhendə Rusiya, ABŞ və bir sıra başqa ölkələrin rəsmiləri Suriyada atəşin dayandırılması şərtlərini razılaşdırmaq barədə danışıqlar aparıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG