Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:59

Medvedev: 'Amerikano'ya 'rusiano' deyək


 Vladimir Putin və Dmitry Medvedev 30 avqust 2015

Vladimir Putin və Dmitry Medvedev 30 avqust 2015

Siyasi baxımdan korrekt rus hansı növ qəhvəni içməlidir?

Bu həftə Rusiyanın baş naziri Dmitry Medvedev zarafatla amerikanonun adını dəyişib "rusiano" qoymağı təklif edib və bundan sonra sosial mediada bu sual dolaşmağa başlayıb.

Noyabrın 16-da Avrasiya Hökumətlərarası Şurasının Moskvadakı görüşündə səsləndirilmiş bu zarafat çox keçmədən Rusiyanın kafe və restoranlarına təsir edib. Növbəti gün Moskvadakı kafelərdən birinin menyusunda həm 110 rubla amerikano, həm də 39 rubla rusiano sifariş vermək olardı.

“ELƏ BİLİRSİNİZ AMERİKA DAHA YAXŞIDIR?”

Koffee

Koffee

Bunun ardınca hətta "Burger King" amerikan fast-fud şəbəkəsi də bu "hərəkata" qoşulub. Rusiyanın dövlət "RIA Novosti" xəbər agentliyi bildirir ki, "Burger King" iki həftəliyinə "Russiano"nu menyusuna salacaq və müştərilər bəyənsə, onu menyuda saxlayacaq.
Sosial media istifadəçiləri isə, həmişəki kimi, baş verənlərə zarafatla reaksiya veriblər.

Paylaşılan zarafatlardan biri belədir:

–Xahiş edirəm, bir rusiano.
– Bəlkə, amerikano?
– Siz elə bilirsiniz Amerika daha yaxşıdır? ...Siz əlbəttə ki, əsl rusofobsunuz. Ancaq şəxsən mən siyasətə qarışmıram.

– Dmitry Anatolyevich (Medvedev nəzərdə tutulur), ölkədəki bütün bərbad şeylərə baxın: tibbi yardım bərbad, yollar it günündə, miskin pensiyalar...

– Pensiano.

ESPRESSO YOX, DEPRESSO

İstifadəçilərdən biri isə bu həftə Rusiyanın İqtisadi inkişaf nazirinin 2 milyon dollar rüşvət alarkən həbs edilməsini nəzərdə tutaraq belə yazıb:

Rusiya iqtisadi inkişaf naziri Aleksei Ulyukayev, 15 noyabr 2016

Rusiya iqtisadi inkişaf naziri Aleksei Ulyukayev, 15 noyabr 2016

"Nazirinin 2 milyon dollar rüşvət almaq üstündə tutulmasına cavab olaraq Medvedev amerikanonun adını dəyişdirib rusiano qoymağı təklif edir. Çox yaxşı", deyə o “Twitter”də yazıb.

Bəzi istifadəçilər Medvedevin başqa şeylərin də adını dəyişməli olduğunu düşünür.Məsələn, “Twitter”də belə yazanlar var:

""Həyatın mənasızlığını və indiki durumun ağırlığını nəzərə alaraq, espressonun adını dəyişib "depresso" qoymağı təklif edirəm", – Medvedev dedi və hönkürməyə başladı".

"Medvedev amerikanonun adını dəyişib rusiano qoymağı təklif edir. Bunlar Dreiserin "Rus faciəsi" (Dreiserin "Amerika faciəsi" əsəri nəzərdə tutulur) əsərini də çap edərlər...".

“CAPUTTİNO”

Hətta ABŞ-ın prezidenti seçilmiş Donald Trump-ın məşhur saxta rus hesabı da müzakirələrə qoşulub.

Foto: arxiv

Foto: arxiv

"VKontakte" sosial şəbəkəsində populyar olan xəbər qrupu "Lentach" bir qədər də irəli gedərək digər qəhvə içkilərinin də adlarının dəyişdirilməsini təklif edib. Təkliflər arasında "rusiano", "caPuttino", "represso""Vatte" (Putin tərəfdarlarına "vatnik" deyildiyi üçün) var.

2014-cü ildə, Rusiya Ukraynanın Krım yarımadasını ilhaq edəndən az sonra Krımda bir qəhvə maşının şəkli çəkilib paylaşılmışdı. Maşında "amerikano" əvəzinə "rossiano" yazılmışdı. Bir kafedə isə belə bir elan yerləşdirilmişdi: "Diqqət! geosiyasi vəziyyətin qeyri-sabitliyinə görə, bizdə amerikano yoxdur. Krım qəhvəsi sifariş edin".

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG