Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:25

'​Çoxuşaqlı ailələrə rüsumsuz torpaq sahəsi verilsin'​


Azərbaycan mediası

Azərbaycan mediası

“Çoxuşaqlı ailələrə ev tikmək məqsədilə torpaq sahələri vermək lazımdır. Məsələ ilə bağlı təklifləri Milli Məclisdə səsləndirmişəm. Təklif edirəm ki, 4 və daha çox uşağı olan ailələrə harada yaşamalarından asılı olmayaraq mənzil tikilməsi üçün növbəsiz və rüsumsuz torpaq sahəsi verilsin. Buna ictimai dəstək olarsa təbii ki, reallaşacaq”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.

Deputat bildirib ki, artıq məsələ ilə bağlı ideya ortaya atılıb:

“Qanun o zaman qəbul edilir ki, buna sosial sifariş olsun. Artıq niyyət və ideya ortadadır. Hesab edirəm ki, həqiqətən də 4 və 5, daha çox uşağı olan ailələrə ev tikmək üçün torpaq sahələri ayrılmaldır”.

M.Quliyev söyləyib ki, məsələ ilə bağlı Milli Məclisin komitələrində müzakirələr olacaq:

“Bu məsələni komitə iclaslarında da qaldıracam. Çalışacağıq ki, çoxuşaqlı ailələrə ev tikmək üçün torpaq sahələrinin ayrılması məsələsi Ailə Məcəlləsində və digər hüquqi normativ aktlarda öz əksini tapsın”.

Buna da baxın: Avropa inəklərinin Azərbaycan aqibəti...

“Azərbaycanda süd biznesi gəlir gətirmir”

“Azərbaycanda süd istehsalçıları arasında qırğın gedir, artıq hamı zərədədir”

“Marja”nın məlumatına görə, bunu “Azərsun Holdinq” İdarə Heyətinin sədri, Azərbaycan Respublikası Sahibarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Aqrar inkişaf komissiyanın sədri Abdolbari Goozal keçirdiyi mətbuat konfransında bildirib.

“Məhsul satmaq üçün qiymətlərdə endirim edilir, məhsulun üzərində hədiyyələr verilir. Reklamlardan da bunu görürsünüz. Süd istehsalçıları çırpınırlar, Sizə deyim ki, biz qarışıq hamısı zərər edir. Süd biznesi pul qazandırmır. Amma ola bilsin ki, gələcəkdə bazar oturuşandan sonra qazandırsın. Burada keyfiyyət qazanacaq. Biz dayanmadan süddə keyfiyyəti yüksəltmək üçün sərmayə yatırırıq. İndi Azərbaycanda insanlar yarım kilo da olsa, keyfiyyətli mal almaq istəyir”.

“Bizim yol” qəzeti adi kriminal kimi görünən, amma verilən həbs cəzasına görə diqqəti cəlb edən bir oğurluq hadisəsindən yazıb:

“Mənzili “aparmaq” üçün çox sadə üsuldan istifadə ediblər. Öz evləri imiş kimi, açarla qapını açaraq içəri daxil olublar. Yataq otağındakı seyfi tez-tələsik götürərək, ərazini bir göz qırpımındaca tərk ediblər. Törətdikləri cinayətin üstünün qısa müddətdə açılacağını gözləməyiblər. Çünki dəhlizdəki domofonun yaddaşına “həkk olunma”ları ağıllarına belə gəlməyib”.

“Bizim yol” yazır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda ittiham olunan Elnur və Elvin Əliyev qardaşları, Vaqif Ağayev, Tural Əzizov və Asəf Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Onlardan biri mebel sexi olan şəxsin yanında usta işləyib və yoldaşlarının köməyi ilə müdirinin evini soyaraq 100 mindən çox pul və qızıl-zinət əşyası aparıb.

Elnur Əliyev məhkəmə ifadəsində ittihamları qəbul edib, deyib ki, payına düşən 10 min manatın yarısını borclarına verib, bir hissəsinə də bazarlıq edib.

Məhkəmənin hökmü ilə Vaqif Ağayev 8 il, Asəf Əliyev 9 il 6 ay, Elnur Əliyev 10 il, Elvin Əliyev 7 il 6 ay, Tural Əzizov isə 9 il 7 ay müddətində azadlıqdan məhrum ediliblər.

Buna da bax: K.Heydərovun oğulları böyük biznesdə

"Nəticə kimi qane etməyə bilər?”

"Nəticə kimi qane etməyə bilər? Təbii ki, yığmamızın oyunu xoşuma gəldi".

"Report"un məlumatına görə, bunu Azərbaycan yığmasının Norveçə 1:0 hesabı ilə qalib gəldiyi DÇ-2018-in seçmə qrup matçından sonra jurnalistlərə açıqlamasında AFFA prezidenti Rövnəq Abdullayev deyib.

O bildirib ki, rəqib güclü idi:

"Rəqib güclü və iddialı komanda idi. Hətta norveçli jurnalistlər dünən millimizin mətbuat konfransına da gəlməmişdilər. Sanki hər şeyi həll etmişdilər. Ancaq biz arxayın həyat yaşamırıq. Mənim üçün necə oynamağımızın fərqi yoxdur. Çox sevinirəm ki, Azərbaycan 2 oyundan 6 xalla qrup lideridir. Bu, bizim tariximizdə olmayıb. Hamınızı təbrik edirəm".

AFFA prezidenti seçmə mərhələyə "Niyə də yox?" şüarı ilə başladıqlarını xatırladaraq, yığma üzvlərinə "komandamızın heç kimdən əskikliyi yoxdur, əksinə artığıq: gedin, vuruşun, qazanın" söylədiyini deyib.

“Qubada alma paradı”

“Azərbaycan” qəzeti isə Qubada alma bayramından yazır:

Qubada dördüncü dəfədir ki, alma bayramı keçirilir. Təbiətin bütün gözəlliklərini özündə cəmləyən qızıl payız bu yerlərə füsunkar çalarlarını vurur.

Buna da bax: Hökumətin kəndliyə yardımlarını əslində kimlər alır?

Qubanın rəmzi sayılan almanın şöhrəti təkcə bu gün ölkəmizdə deyil, onun sərhədlərindən kənarda da dolaşmaqdadır. Məhz Qubada belə bir bayramın keçirilməsinə oktyabr ayı girəndən xüsusi hazırlıq görülürdü”.

Qəzet yazı ki, alma bayramında alma paradı keçirilib:

“ Öncə Quba rayonunun loqosu təqdim olundu. Almalarla dolu maşınlar bir-birinin ardınca sıralandı. Qubada yetişdirilən alma növləri barədə iştirakçılara məlumat verildi”.

Bayramda almadan hazırlanmış müxtəlif şirniyyatların təqdimatı da olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG