Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:36

Azərbaycanın İlham Əliyev mərhələsi


İlham Əliyev and içir,19 oktyabr 2013

İlham Əliyev and içir,19 oktyabr 2013

Azərbaycanda İlham Əliyevin prezidentlik dövrü, rəsmi Bakının ABŞ və Rusiyaya fərlqi münasibəti, ölkədə pensiyaların artımı, ölkə iqtisadiyyatındakı durum bu günkü medianın aparıcı mövzusudur.

Azərbaycanın İlham Əliyev mərhələsi

“Azərbaycan” qəzeti “Dünya siyasi elitasında Azərbaycan lideri” sərlövhəli məqalədə prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrlər təhlil edilir,13 illik dövrün siyasi xarasteristikası verilir.

Müəllif yazır ki, 13 il öncə, yəni, İ. Əliyev 2003-cü ildə ilk dəfə prezident seçildikdən sonra Azərbaycan tarixinin İ.Əliyev dövrü - güclü dövlətçilik, davamlı inkişaf və modern islahatlar mərhələsi başlayıb.

Müəllifə görə, İ.Əliyev bu 13 ildə Azərbaycanın müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yerini tapmasını, regional liderliyini təmin edib.
Müəllifə görə, İ.Əliyevin prezidentlyinin ilk dövrü olan 2003-2008-ci illər onun liderlik keyfiyyətlərinin məmləkətin ictimai rəyində birmənalı qəbulunu şərtləndirən siyasi proseslərlə zəngin olub. 2008-2013-cü illər “tam müstəqil siyasət-tam müstəqil dövlət” harmoniyasıdır.
Məqalədə yazılır ki, bu dövrün əsas xüsusiyyəti Avratlantik məkana inteqrasiya kursunu gücləndirərək siyasi mühitin liberallaşdırılması, demokratik proseslərin dərinləşdirilməsi istiqamətində mütərəqqi islahatlar davam edib. Müəlif yazır ki, 2013-cü ildən başlayan üçüncü dövr isə İlham Əliyevin dünya miqyasında mühüm siyasi aktorlardan birinə çevrilməsi prosesinin sürətlənməsi dövrüdür: “Ötən 13 il ərzində Azərbaycan bu zaman kəsiyinin 10 misli qədərində - bir əsrlik tərəqqi, yüksəliş yolu keçdi!”.

Kiməsə sərt üz, kiməsə təəssüf

“Azadlıqinfo” saytı “Kerriyə olan qəzəb Uşakova niyə göstərilmədi?” sərlövhəli məqalədə Azərbaycan iqtidarının Qarabağ probleminə münasibət ifadə edən ABŞ və Rusiya rəsmilərinə münasibətdə bərabərlik nümayiş etdirə bilməməsi müzakirə edilir.

Məqalədə yazılır ki, ABŞ dövlət katibi Jhonn Kerry bu yaxınlarda yaxın müddətdə Qarabağ probleminin həllində irəliləyiş görmədyini bildirib. Rəsmi Bakı təmsilçiləri buna görə ona ən sərt mövqe nümayiş etdirib. Kreml təmsilçisi Uşakov da bu problemin həllində Rusiyada nkbinlik olmadığı haqda mövqe bildirib. Buna isə rəsmi Bakı ancaq təəccüb və təəssüf ifadə etməklə kifayətlənib.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli məsələyə münasibət ifadə edərək deyir ki, Azərbaycan iqtidarı ABŞ və Rusiya arasındakı münasibətlərə ikili standartla yanaşır. Onun fikrincə, ABŞ-ın rəsmi mövqeyi Azərbycanın ərazi bütövlüyünün tanınması üzərində qurulub:

“Qərbin Azərbaycana yanaşması Gürcüstan, Ukrayna, Moldovadakı konfliktlərə yanaşmadan fərqlənmir. Amma bunun qarşılığında Rusiya faktiki olaraq Qarabağı işğal etmiş, Ermənistana dəstək verən ölkədir. Uşokovun bəyanatı isə Rusiyanın Ermənistana bundan sonra da dəstəkləyəcəyini deməyə əsas verir”.

Daha sonra keçmiş deputat Rusiyanın Ermənistana «İsgəndər» raketləri verdiyini xatırladır, amma iqtidarın buna tolerant yanaşdığını nəzərə çatdırır:

“Az qala hakimiyyət Kerriyə görə ABŞ-ı Minsk Qrupundan uzaqlaşdırmağa çağrış etmişdi. Amma biz Uşakovun bəyanatından sonra Rusiyanın Minsk Qrupundan uzaqlaşdırılması ilə bağlı məlumata rast gəlmirik”.

Pensiya artımı gözlənilmir

“Exo” qəzetində çıxan “Pensiyaçılar Azərbaycanda nəyə sevinsin? ” sərlövhəli məqalədə müəllif bu kateqoriya insanların durumunu ekspertlərlə dəyərləndirir.

Müəllif yazır ki, Azərbyacan təqaüdlərin həcminə görə, MDB ölkələri arasında aşağı göstəricələrə malik ölkələrdən biridir. Göstəricilərin enməsinə səbəb isə manatın devalvasiyaya uğramasıdır: “Hazırda Azərbaycanın Pensiya Fonduna vəsaitlərin cəlb edilməsində çoxsaylı problemlər var. Qonşu ölkələr 2017-ci ildə pensiyaların artırılmasını planlaşdırır. Amma Azərbaycanın belə imkanı yoxdur. Hazırda sosial ödənişlərin edilməsi sahəsində dövlətin dəqiq siyasəti və strategiyası yoxdur”. Bunu isə qəzetə ekspert Azər Mehtiyev şərh edir.

Ekspert deyir ki, bu sahədə uzun illərdir ki, hökumət islahatlarla məşğuldur. Amma hər hansı uğur hələ ki, görünmür. Ekspert deyir ki, qeyri-neft sektoru inkişaf edə bilmədi, ölkə iqtisadiyyatı indi də neft resurslarından asılıdır, qeyri-formal əmək bazarının artımı üzündən vəsaitləri pensiya fondunacəlb ermək mümkn olmur: “Ona görə də2017-ci ildə pensiyaların artacağını gözləmək lazım deyil, Azərbaycanda pensiyaçıların nə zaman yaxçı yaşayacaqları da məlum deyil”.

Bu ÜDM necə artacaq axı?

“Novoye Vremya” qəzetində isə “Nikbinliyə əsas yoxdur” sərlövhəli məqalə oxumaq olar.

Müəllif yazır ki, ölkədə mürəkkəb iqtisadi situasiya var. İnsanları ən çox gərginiyə salan qiymətlərin artmasıdır: “Dövlət Statistika komitəsinin məlumatlarına görə , qiymət artımı bu ilin avqust ayındakı 10,8% artımdan sentyabrda 11,2% -ə yüksəlib. Ocümlədən ərzaq malları 12,7%, qeyri-ərzaq malları isə 15,9% bahalaşıb”.

Müəllifə görə, bu müddət ərzində bütünlükdə əhalinin, o cümlədən təqaüdçülərin gəlirləri inflyasiya səviyyəsindən aşağı olub. İlin əvvəlindən pensiyalar cəmi 7% artıb. Bu isə o deməkdir ki, onsuz da sərt iqtisadi rejimdə yaşayan pensiyaçılar daha da yoxsullaşıblar. Müəllif deyir ki, bu əksəriyyəti büdcə təşkilatlarında çalışan insanlara da aiddir. Çünki ilin əvvəlindəki maaşların artımı qiymətlərin artımı ilə ayaqlaşa bilmədi.

Məqalədə yazılır ki, ilin büdcə proqnozları təhlil edilir. Burada da nikbin yanaşma özünü göstərmir. Müəllif bunu ümumdaxili məhsulu (ÜDM) həcminə münasibətdə ifadə edir:

“Gələn il ÜDM-in həcmində 1% artım proqnozlaşdırılır. İqtisadiyyatin indiki durumunda , ÜDM-də azalmanın 3%-dən çox olduğu vaxtda gələn ÜDM-in artımı olacağının nəyə əsaslanmasını demək çətindir”.

Günün bütün mövzuları

XS
SM
MD
LG