Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:15

Media Hüququ İnstitutu yeni düzəlişlər layihəsindən narahatdır


Rəşid Hacılı

Rəşid Hacılı

“KİV haqqında”“Dini etiqad azadlığı haqqında” qanunlara düzəlişlərdən narahatlıq

Media Hüquqları İnstitutu (MHİ) “Dini etiqad azadlığı haqqında” və “KİV haqqında” qanunlara düzəlişlər layihəsi ilə bağlı narahatlıq ifadə olunan bəyanatla çıxış edib. Bu haqda Turan Agentliyi xəbər verir.

Təşkilatın rəhbəri Rəşid Hacılının yaydığı sənəddə deyilir ki, qanun layihələrinin baxılması üçün Milli Məclisin plenar iclasına çıxarılmasına baxmayaraq, parlamentin saytında bu iki sənədin mətni dərc olunmayıb.

“Beləliklə, düzəlişlərin layihələndirilməsi, müzakirəsi və qəbulunda şəffaflıq prinsipi pozulub”, sənəddə bildirilir.

“İlkin məlumatlara görə, “Dini etiqad azadlığı haqqında” qanuna dini ekstremizmdə təqsirləndirilən dini təşkilatların ləğvi qaydasını müəyyən edən düzəlişlər nəzərdə tutulur. Siyasi və dini ektremizmin açıq-aydın tərifi verilən qanunların olmadığı bir şəraitdə sözügedən düzəlişin qəbulu dini etiqad azadlığının həyata keçirilməsinə qanunsuz müdaxilələrə gətirib çıxara bilər”.

Rəşid Hacılı bildirir ki, , KİV haqqında qanuna təklif olunan düzəliş də onsuz da sərt məhdudiyyətlərə məruz qalan ifadə azadlığı üçün ciddi təhlükələr yarada bilər.

“Dini azadlıqların həyata keçirilməsindən sui-istifadə hallarına qarşı polisin və təhlükəsizlik orqanlarının iki rolu: həm əməliyyatları həyata keçirməsi, həm də bu hadisələrin işıqlandıran mətbuat üzərində birbaşa senzorluq etməsi yolverilməzdir. Belə məhdudlaşdırmanın legitim əsaslardan məhrumdur və demokratik prinsiplərlə idarə olunan ölkədə nə insan haqları baxımından, nə də səmərəlilik baxımından zəruri sayıla bilməz”.

Günün bütün mövzuları

XS
SM
MD
LG