Keçid linkləri

2016, 25 Sentyabr, bazar, Bakı vaxtı 17:59

-

İyulun 4-də Yerevanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələri xarici işlər nazirləri şurasının iclasında Qarabağ münaqişəsi ilə bağlı bəyanat qəbul edilib.

MDB-nin hərbi birliyi olan KTMT-də Azərbaycan təmsil olunmur.

Sənəddə Azərbaycan və Ermənistan prezidentlərinin Vyana və Sankt-Peterburq görüşlərində əldə olunan razılaşmaların dəstəkləndiyi bildirilib.

Turanın xəbərinə görə, bununla bağlı Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, sənəddə deyilir ki, əldə olunan razılaşmalar vəziyyətin sabitləşməsinə və sülh prosesinin irəliləməsindən ötrü şəraitin yaradılmasına yönəlib.

“Dağlıq Qarabağ probleminin yalnız sülh yolu ilə həllinin vacibliyini təsdiqləyirik. Münaqişənin beynəlxalq hüquq, BMT Nizamnaməsi, Helsinki Yekun Aktının müddəaları əsasən həllini dəstəkləyirik. Habelə, münaqişənin güc tətbiqinə yol verilməməsi, dövlətlərin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyinetmə ilə bağlı müddəa əsasında nizamlanması üzrə Minsk Qrupu həmsədrlərinin səylərini dəstəklədiyimizi bəyan edirik”, - bəyanatda deyilir.

Qarabağ cəbhəsində aprelin 2-dən 5-dək hərbi əməliyyatlarda hər iki tərəfdən onlarla hərbçi həlak olub. Gərginliyi aradan qaldırmaqdan ötrü Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçi olan ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib. Ötən ayın 20-də isə Azərbaycan və Ermənistan dövlət başçıları Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə yenidən görüşüb Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları davam etdiriblər.

Buna da bax: Maşınsatan: Diz çöküb yalvardıq, mağazamızı sığortalamadılar

Günün bütün mövzuları

XS
SM
MD
LG