Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:43

“Azərbaycan “İslam dövləti” (İŞİD) qruplaşması ilə bağlı cihad ideologiyasının yayılmasından narahatdır”.

“Turan” İnformasiya Agentliyi xəbər verir ki, bunu MDB ölkələrinin Təhlükəsizlik Orqanları Şurasının Bakıda keçirilən toplantısında Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş üzrə şöbəsinin müdiri Fuad Ələsgərov deyib.

O, qeyd edib ki, MDB ölkələrində radikal dini ideologiyanın yayılması təhlükəsinin artması və “İslam dövləti” ilə bağlı gizli strukturlar şəbəkəsinin formalaşması bütün xüsusi xidmətlərin əməkdaşlığının möhkəmləndirilməsini tələb edir.

“Bu yaxınlarda bizim xüsusi xidmətlərimiz bir sıra təhlükəli dini ekstremist qrupların fəaliyyətinin qarşısının alınması üzrə bəzi uğurlu əməliyyatlar həyata keçirib. Səmərəli təcrübə mübadiləsi və etibarlı tərəfdaşlıq münasibətləri xüsusi xidmətlər qarşısında duran vəzifələrin həllində ciddi nəticələrə nail olmaq üçün əhəmiyyətlidir”, deyə o bildirib.

Digər iclas iştirakçılarının çıxışlarında qeyd edilib ki, “İslam dövləti” və MDB məkanında radikal dini ideologiyalarla mübarizə üzrə birgə tədbirlər işləyib hazırlamaq niyyətindədirlər.

MDB ölkələrinin xüsusi xidmət rəhbərlərinin Bakıda keçirilən 41-ci iclasına müşahidəçi qismində bir sıra Avropa ölkələrinin nümayəndələri də dəvət olunub.

Xüsusi xidmət orqanları rəhbərlərini prezident İlham Əliyev də qəbul edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG