Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:58

Enerji istehsalında 365 min ton mazut 'itkisi'


Şerif. Karikatura. Yanacaq.
Şerif. Karikatura. Yanacaq.

Azərbaycanda 2014-15-ci illərdə istilik və elektrik enerjisinin istehsalına sərf olunmuş mazutun həcmi ilə bağlı rəsmi bilgilərdə dolaşıqlıq olduğu bildirilir.

İqtisadçı ekspert Nemət Əliyev deyir ki, sərf olunan mazutun həcmi artsa da, istehsal olunan enerjinin həcmində azalma var:

“Dövlət Statistika Komitəsinin məlumatına görə, 2014-cü ildə elektrik və istilik enerjisinin istehsalına 5 669 milyon kub metr təbii qaz, 5,4 min ton dizel yanacağı, 4,4 min ton az kükürdlü mazut, 438 min ton da bərk məişət tullantısı sərf olunub. Neft ekvivalentində bu sahəyə 2014-cü ildə 5 milyon 362 min ton yanacaq sərf olunub. Bu qədər yanacaq sərf edilməsi əvəzində 24 728 milyon kVt/saat elektrik enerjisi, 1 619 min Qkal istilik enerjisi istehsal olunub”

Buna da bax:​ Mazut gömrük rüsumundan azad olunur

N Əliyevin deməsinə görə, 2015-ci ildə isə vəziyyət dəyişib.

“Elektrik və istilik enerjisinin istehsalına 5 632 milyon kub metr təbii qaz (əvvəlki ildən 0,6 faiz az), 4,6 min ton dizel yanacağı (15 faiz az), 389 min ton az kükürdlü mazut (385 min ton və ya 88 dəfə çox) və 506 min ton bərk məişət tullantısı(15 faiz çox) sərf olunub. Neft ekvivalentinə görə, 2015-ci ildə elektrik və istilik enerjisinin istehsalına 5 milyon 727 min ton yanacaq sərf olunub. 24 688 milyon kVt/saat elektrik enerjisi, 1 553 min Qkal istilik enerjisi istehsal olunub”, N.Əliyev deyib.

Ekspertə görə, neft ekvivalentində ifadə olunmuş rəqəmlərin müqayisəsi göstərir ki, yanacaq istifadəsi 2015-ci ildə 365 min tona yaxın artıb. İstehsal göstəricilərinin müqayisəsi isə göstərir ki, 2015-ci ildə elektrik enerjisinin istehsalı 39 milyon kVt/saat, istilik enerjisinin istehsalı isə 66 min Qkal azalıb.

Buna da bax: Neft və neft məhsulları ən baha bu qiymətə daşınacaq

“Yanacaq sərfinin 365 min ton artmasına baxmayaraq, elektrik və istilik enerjisinin istehsalı aşağı düşüb. Normal halda bu ola bilməz. Yanacaq sərfinin 7 faiz artması qarşısında istehsal göstəriciləri çoxalmalı idi. Lakin çoxalmayıb. Əksinə, azalıb. Azalıbsa, yanacaq sərfi də azalmalı idi. Əksinə, çoxalıb”, ekspert hesab edir ki, böyük ehtimalla 365 min ton yanacaq (dəyəri 59 milyon dollar) təyinatından yayındırılıb.

N.Əliyev deyir ki, bu qədər yanacaq qeybə çəkilə bilməz, uyğun qurumlar hərəkətə keçməlidir.

Buna da bax:​ Benzin istehsalı kəskin azalıb

“Maliyyə Nazirliyinin və Hesablama Palatasının bu istiqamətdə gerçək araşdırmalara başlaması üçün yetərincə əsaslar var”, deyən ekspert 2016-cı ilin ilk rübündə də mazut istifadəsinin 2,6 dəfə artdığını vurğulayıb.

İqtisadçının bu açıqlamalarına, hələlik, Energetika Nazirliyindən münasibət almaq mümkün olmayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG