Keçid linkləri

2016, 30 Sentyabr, Cümə, Bakı vaxtı 08:55

Theresa May "yeni Margaret Thatcher" olacaqmı?


Britaniyanın yeni baş naziri Theresa May

Britaniyanın yeni baş naziri Theresa May

"Newsweek" məcmuəsi Britaniyanın iki qadın baş nazirini çox da müqayisə etməməyi məsləhət görür

Mühafizəkarlar Partiyasının liderlərindən keçmiş daxili işlər naziri Theresa May bu gün baş nazir kimi vəzifəsinin icrasına başlayır.

Son günlər Britaniya mediası May-lə əfsanəvi "Dəmir ledi" Margaret Thatcher arasında bənzərliklərin axtarışı ilə məşğuldur.

"Newsweek" məcmuəsində Eliza Filby yazır ki, Britaniya siyasətində sinif faktoru hələ də mühüm rol oynayır.

Həm Thatcher, həm də May Britaniyada sayı 30-dan çox olmayan gimnaziyalarda təhsil alıblar.

Britaniya baş naziri Margaret Thatcher SSRİ-nin sonuncu prezidenti Mixail Qorbaçovla

Britaniya baş naziri Margaret Thatcher SSRİ-nin sonuncu prezidenti Mixail Qorbaçovla

Bu mənada onların hər ikisi əksər üzvləri dövlət orta məktəblərini təmsil edən Mühafizəkarlar Partiyası ilə ziddiyyət təşkil edirlər.
Bu iki qadın eyni zamanda Britaniyanın imkanklı orta sinfinin dəyər və gözləntilərini təcəssüm etdirirlər, halbuki Eton məktəbindən məzun olmuş David Cameron çətin, belə bir işin öhdəsindən gələydi.

Thatcher və May 10 nömrəli evə sahiblənənədək özlərini nazir vəzifələrində sınayıblar.

Margaret Thatcher təhsil naziri olarkən bir sıra qeyri-populyar addımlar atıb.
Orta məktəblərdə uşaqlara verilən pulsuz südü ləğv etdiyinə görə "Sun" qəzeti onu o vaxt "südçırpışdıran" adı ilə damğalamışdı.

Theresa May də daxili işlər naziri postunda özünün tərsliyi və inadkarlığı ilə ad çıxarıb.

Fürsəti qaçırmamaq

Lakin iki lider arasında bənzərlik elə buradaca bitir.

Thatcher daha çox kollegiallığı ilə tanınırdısa, May bir az tənha fiqurdur.

Theresa May parlamentin zəhərli ab-havasından ustalıqla yayına bilir və təhlilçilər bunu baş nazir vəzifəsi üçün mühüm xüsusiyyət hesab edirlər.

Thatcher-dən fərqli olaraq May-in millət vəkilləri arasılnda öz çevrəsi yoxdur, lakin bununla belə, deyilənlərə görə o, hər bir deputatla uzun illər ərzində sakitcə ünsiyyət qura bilib.

Ən mühümü budur ki, May də Thatcher kimi ələ düşən fürsəti, əgər belə bir fürsət varsa, itirməyən siyasətçilərdir.

"Newsweek" yazır ki, Theresa May-in rəqibləri Boris Johnson və Michael Gove məhz bu xüsusiyyətlərə malik olmayıblar.

Ümumilikdə, bir çox politoloqlar iki qadın lider arasında oxşarlıq axtarmamağa çağırırlar. Zəmanələr başqadır...

XS
SM
MD
LG