Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 08:54

Avtomobil idxalı kəskin azalıb


Avtomobil
Avtomobil

Bu ilin 6 ayında Azərbaycana cəmi 2 min 573 nəqliyyat vasitəsi idxal olunub. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, ötən ilin ilk 6 ayı ilə müqayisədə 6.9 dəfə azdır.

Bu ilin ilk yarısında ölkəyə cəmi 39 mikroavtobus, 2 min 222 minik, 252 yük və 60 xüsusi təyinatlı avtomobil gətirilib.

İqtisadçılar ölkəyə avtomobil idxalının azalmasını iqtisadi geriləmə və əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə izah edirlər.

Ötən il Azərbaycanda iki dəfə devalvasiya baş verib. Manat dollar qarşısında təqribən iki dəfə dəyər itirib. Müstəqil iqtisadçıların deməsinə görə, son bir ildə Azərbaycanda bir çox iş yerləri bağlanıb. Halbuki, Dövlət Statistika Komitəsinin məlumatlarında bu barədə bəhs edilmir.

Maşın bazarında "bərkgedən" avtomobillər

Maşın bazarında "bərkgedən" avtomobillər
Gözlə

No media source currently available

0:00 0:02:34 0:00

XS
SM
MD
LG