Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:39

Masallıda 48 nəfər evakuasiya edilib


Cənub regionunda su basmış yerlərdən biri

Cənub regionunda su basmış yerlərdən biri

Masallının su basmış kəndlərindən təhlükəli vəziyyətə düşən insanların evakuasiya edildiyi bildirilir.

Son bir gündə su basmış evlərdən 48 nəfər evakuasiya edilib.

Bu haqda Fövqəladə Hallar nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Buna da bax:​ Masallı kəndlərini su basıb

Evakuasiya edilənlərin 18-nin rayonun Təklə kəndi sakinləri olduğu bildirilir. Xırmandalı kəndində isə 30 nəfər təhlükəsiz ərazilərə köçürülüb.

Nazirlik qüvvələrinin Masallı və Cəlilabad rayonlarının su basmış kəndlərində su çəkmə əməliyyatlarını davam etdirdiyi bildirilir.

İntensiv yağışlar oktyabrın 25-də və 26-da Masallı, Cəlilabad və Goranboy rayonlarda fəsadlar törədib.

Buna da bax:​ Vəlvələçay məcrasından çıxdıqca Qonaqkəndin narahatlığı artır

Adıçəkilən rayonların bir neçə kəndində evləri, ictimai iaşə müəssisələrini su basdığı deyilir.

Rəsmi qurumlar, hələlik, seldən zərər görən tikililərin sayı və zərərin məbləği haqda ümumu, rəsmi açıqlama verməyib.

Buna da bax:

Günün bütün mövzuları

XS
SM
MD
LG