Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:15

'Maşallah Əhmədov pulumu alıb İrana qaçdı'


Maşallah Əhmədov
Maşallah Əhmədov

Dələduzluqda suçlanan veteran futbolçu Maşallah Əhmədov oktyabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verib. Məhkəmə prosesi açıq olsa da, iclasda jurnalistlərin iştirakına imkan verilməyib.

Bu iş üzrə hazırlıq iclasında hakimlər Maşallah Əhmədovun jurnalistlərin iştirakına etiraz etdiyini əsas gətirib, media nümayəndələrini prosesə buraxmamışdı. Bu dəfə isə Mirzə Xankişiyevin sədrlik etdiyi hakimlər kollegiyası jurnalistlərdən xidməti vəsiqə ilə yanaşı, «redaksiya tapşırığı» da tələb edib və bunu bəhanə gətirib media nümayəndələrini prosesə buraxmayıblar.

AzadlıqRadiosunun əldə etdiyi bilgiyə görə, məhkəmə iclasında ittiham aktı elan olunub. İttihama görə, «Neftçi»nin keçmiş futbolçusu bizneslə məşğul olub. O, Bakıda bir neçə nəfərə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb. Amma Maşallah Əhmədov ittiham üzrə özünü təqsirli bilməyib.

«PULUMU HƏLƏ DƏ ALA BİLMİRƏM»

İş üzrə zərərçəkmiş kimi tanınan şəxslər isə Maşallah Əhmədovdan şikayətçi olublar. Bugünkü məhkəmə iclasında iki zərərçəkmiş - Sərxan Hüseynov və Yusif Əzizov ifadə verib.

Sərxan Hüseynov məhkəmədə ifadəsində deyib ki, Maşallah Əhmədova 15 min dollar verib: «Həmin pulu bankdan götürmüşdüm. Banka geri qaytara bilmədiyim üçün həbs də olundum. Bir müddət həbsdə yatdım. Pulumu hələ də ala bilmirəm. Həmin vaxt Maşallah Əhmədov İrana qaçmışdı».

Digər zərərçəkmiş Yusif Əzizov isə qocaman futbolçunun onun 250 min manatını alıb geri qaytarmadığını bildirib.

Məhkəmə prosesi oktyabrın 25-də davam edəcək.

Maşallah Əhmədov 2015-ci il dekabrın 14-də saxlanılıb və Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində ilkin istintaq müddəti üçün üç aylıq həbs-qətimkan tədbiri seçilib. Sonradan məhkəmə qətimkan tədbirini dəyişib və həbs ev dustaqlığı ilə əvəzlənib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG