Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:08

Maşallah Əhmədov: 'Mənə şər atıblar'


Maşallah Əhmədov və vəkili Günay Hacıyeva.
Maşallah Əhmədov və vəkili Günay Hacıyeva.

Dələduzluqda suçlanan veteran futbolçu Maşallah Əhmədov deyir ki, ona şər atıblar. Ona görə də hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan işinin yenidən prokurorluğa qaytarılmasını istəyir. Maşallah Əhmədov işi üzrə oktyabrın 13-də keçirilən məhkəmənin hazırlıq iclasında bu barədə vəsatət qaldırıb.

«Mənim işimə düzgün baxılmayıb. Bununla əlaqədar istintaq zamanı da vəsatət qaldırdım. Ancaq vəsatətimə baxılmadı. Ona görə indi yenidən qaldırıram. Məhkəmədən xahiş edirəm ki, iş düzgün aparılmadığından istintaqa qaytarılsın», – Maşallah Əhmədov vəsatətini əsaslandırarkən deyib.

Veteran futbolçu şər-böhtana məruz qaldığını, ittihamda yazılanların doğru olmadığını vurğulayıb.

Mirzə Xankişiyevin sədrlik etdiyi hakimlər kollegiyası vəsatətin baxılmamış saxlanılması barədə qərar çıxarıb.

Cinayət işi məhkəmə baxışına verilib. Məhkəmə iclası oktyabrın 17-nə təyin olunub.

Maşallah Əhmədov 2015-ci il dekabrın 14-də saxlanılıb və Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində ilkin istintaq müddəti üçün üç aylıq həbs-qətimkan tədbiri seçilib. Sonradan məhkəmə qətimkan tədbirini dəyişib və həbs ev dustaqlığı ilə əvəzlənib.

Cinayət işinin materiallarına görə, «Neftçi»nin keçmiş futbolçusu bizneslə məşğul olub. O, Bakıda bir neçə nəfərə xaricdən 150 min manat dəyərində daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG