Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:24

Avropa Parlamentinin rəhbəri Martin Şults (Martin Schulz ) 3-cü dəfə sədrlik uğrunda mübarizə aparmayacaq.

Bu barədə noyabrın 24-də kütləvi informasiya vasitələri məlumat yayıb.

Şults bildirib ki, Almaniya siyasədinə dönmək və gələn il Bundestaqa keçiriləcək seçkilərə qatılmaq istəyir.

Reutersin Şultsa istinadla verdiyi məlumata görə, o, “Sosial Demokrat Partiyas”nın seçki siyahısına başçılıq edəcək.

Amma siyasətçi Almaniyanın xarici işlər naziri olması və ya kansler seçkisində Angela Merkelə rəqib olmasının mümkünlüyünə aydınlıq gətirməyib.

Qeyd edək ki, 2017-ci ilin yanvarında Avropa Parlamentinin sədrliyinə növbəti seçki keçiriləcək.

60 yaşlı Şults 1994-cü ildən Avropa Parlamentinin deputatı, 2012-ci ildən isə parlamentin sədridir.

Xatırladaq ki, Milli Məclisin bir qrup deputatı 1015-ci ilin yayında “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı Avropa Parlamentində keçirilmiş dinləmələrə görə Şultsu tənqid eləmişdi.

Debutatlar yaydıqları bəyanatda, 2015-ci il iyunun 10-da Avropa Parlamentində keçirilmiş həmin dinləmələri qurumun sədri Martin Şults və sədr müavini xanım U.Lunaçek başda olmaqla bəzi siyasi qruplar tərəfindən Azərbaycana qarşı aparılan qərəzli və məqsədyönlü kampaniyanın davamı kimi qiymətləndirmişdi.

“ Artıq neçənci dəfədir ki, həmin qrupların guya Azərbaycanda insan hüquqlarının pozulmasına dair qondarma problemi müxtəlif bəhanələr altında inadla və məqsədyönlü şəkildə gündəliyə gətirməyə çalışdıqlarının şahidi oluruq. Bu dəfə Azərbaycanı nüfuzdan salmaq üçün Avropa idman hərəkatının tarixində yeni mərhələ açacaq möhtəşəm idman tədbirinə istinad edilməsi yalnız təəssüf hissi doğurur,” deyə bəyanatda bildirilirdi.

Bəyanat müəllifləri Azərbaycanda insan hüquqlarının və əsas azadlıqların təmin olunmaması, hüquq müdafiəçiləri və jurnalistlərin həbsilə bağlı Avropa Parlamentində səsləndirilən fikirləri “həqiqətdən uzaq” adlandırmışdılar.

Xatırladaq ki, 2015-ci il İyunun 10-da Avropa Parlamentində Azərbaycanda insan haqlarının durumu ilə bağlı dinləmələr keçirilib. İyunun 8-də isə Avropa Parlamentinin vitse-prezidenti, Avropanın Yaşıllar Partiyasının üzvü Ulrike Lunacek və bir sıra avropalı deputatlar sessiyanın açılışına Azərbaycanda həbs olunan hüquq müdafiəçilərinin şəkilləri olan köynəklərlə qatılmışdılar.

Şərhləri göstər

XS
SM
MD
LG