Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:35

►"2028-ci ildə insanlar Marsın orbitində olacaqlar".

Lockheed Martin Corporation müdafiə konserninin vitse-prezidenti Wanda Sigur Vaşinqtonda keçirilən "Humans to Mars" forumunda deyib.

Bundan əvvəl NASA-nın insanın Marsa ilk uçuşunu 2033-cü ilə planlaşdırdığı deyilirdi.

*Son 2 gündə Youtube Kanalımıza 12 aktual video yükləmişik - Sən də abunə ol, ölədə baş verənlərdən xəbərin olsun

ABŞ-ın Mars proqramı insanın Marsın səthinə enişini 2030-cu illərdə həyata keçirməyi nəzərdə tutur.

Ancaq Marsın fəthindən əvvəl beynəlxalq kosmik stansiyada iş, ayətrafı fəzanın mənimsənilməsi, habelə 2020-ci illər ərzində uzaq kosmosa uçuş üçün zəruri olan texnologiyaların işlənməsi planlaşdırılır.

Marsın fəthi üçün əvvəlcə Mars ətrafında orbital uçuş həyata keçiriləcək. Bundan sonra planetin qrunt nümunələrinin Yerə gətirilməsi, daha sonra isə astronavtların Marsın səthinə çıxışı planlaşdırılır.

Uzaq kosmosa uçuş üçün nəzərdə tutulmuş Orion pilotlu kosmik gəmisini hazırlayan Lockheed Martin konserninin yeni təklifinə görə, Marsa orbital uçuşu altı astronavtdan ibarət heyət həyata keçirəcək. Astrondavtlar "Mars düşərgəsində" (Mars Base Camp) yaşayacaqlar. İki Orion gəmisinin bazasında yığılmış bu düşərgə yaşayış modulu, laboratoriya və günəş batareyalarından ibarət olacaq. Mars orbital stansiyasında işləyən astronavtlar planetin səthində çalışan robot texnikasını idarə edəcək və Marsın tədqiqi ilə məşğul olacaqlar.

Orion gəmisinin ilk pilotsuz sınaq uçuşunun 2018-ci ildə həyata keçirilməsi planlaşdırılır. Təqribən 2023-cü ildə isə Ayın orbiti xaricinə ilk pilotlu uçuş həyata keçiriləcək.

"Sehirli Xalat" filmində Marsa ekskursiya səhnəsi

____________________________________________________________

Bunlara da bax:
«Laçının işğalından üç ay sonra kəndə qayıtdıq»
Ombudsman Aparatı gənclərə işgəncə verilmədiyini deyir

____________________________________________________________

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG