Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:27

'Boinq' Marsa uçacaq


Marsa birinci kimin ayağı dəyəcək?

Rəqabət qızışır. Bir neçə gün əvvəl milyarder Elon Mask bəyan etmişdi ki, onun SpaceX şirkətinin raketi 2024-cü ildə Marsa uçacaq.

Oktyabrın 5-də isə ABŞ-ın "Boeing" şirkətinin rəhbəri Dennis Muilenburg deyib ki, bu yarışda Elon Maskı qabaqlayacaq.

"Mən əminəm ki, Marsa Boinqlə uçan şəxs ora ayağı dəyən ilk insan olacaq" - deyə Muilenburg bildirib.

"Boeing"in Marsa adam Space Launch System proqramı var. Bundan əvvəl elan edilmişdi ki, bu proqramla Marsa insan 2030-cu ilədək göndəriləcək.

Muilenburg son açıqlamasında deməyib ki, Boing-in birinci olacağına niyə bu qədər əmindir, Marsa raketi daha tez göndərəcək, yoxsa Musk-ın raketinin 2024-cü ilədək Marsa gedib çıxacağına inanmır.

ABŞ Marsda laboratoriya yerləşdirdi

Günün bütün mövzuları

XS
SM
MD
LG