Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 11:35

Marnaulidəki seçki qalmaqalına görə 6 nəfər saxlandı


Foto arxiv
Foto arxiv

Oktyabrın 8-də Gürcüstanın Marneuli rayonundakı seçki məntəqələrindən birində baş verən hərc-mərcliyə görə 6 nəfər saxlanıb.

Bu rayonda əsasən azərbaycanlılar yaşayır.

Söhbət Qızıl Hacılı kəndindəki 48 saylı seçki məntəqəsindən gedir.

Daxili işlər nazirliyinin bundan əvvəl verdiyi məlıumata görə, keçmiş hakim “Vahid milli hərəkat” partiyası ilə “Paata Burçuladze-xalq üçün dövlət” seçki blokunun tərəfdarları səsvermə vaxtı məntəqəyə soxulmaq və seçki qutusunu oğurlamağa cəhd göstəriblər.

İstintaqın gəldiyi nəticəyə görə, münaqişədə iştirak edən yerli nümayəndələr daha aqressiv olublar.

Onlar camaatı seçki məntəqəsinə soxulmağa və səs qutusunu oğurlamağa çağırıblar, asaişi qoruyan polisi isə daşa basıblar.

Bundan əvvəl? oktyabrın 8-də Qızıl Hacılı kəndindəki 48 nömrəli seçki məntəqəsində hakim "Gürcü arzusu"partiyası və müxalifətdə olan “Vahid Milli Hərəkat” partiyasının tərəfdarları arasında da qarşıdurma olması və 200-dək adamın xəsarət alması barədə məlumat yayılmışdı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG