Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:02

Noyabrın 15-də Milli İncəsənət Muzeyində xalq rəssamı Maral Rəhmanzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş sərgi açılıb.

Mədəniyyət və Turizm Nazirliyindən AzadlıqRadiosu-na verilən xəbərə görə, bu qurumun təşkilatçılığı ilə açılan sərgidə rəssamın ailə kolleksiyasında, Azərbaycan Dövlət Rəsm Qalereyası və Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda qorunan 80-dən çox əsəri nümayiş olunur. Sərginin ekspozisiyasında yer alan “Dağ mənzərəsi”, “Göy-göl”, “Dağ qızları”, “Naxçıvan gözəlləri”, “Qızlar bulağı”, “ Avtoportret”, “İçərişəhər”, “Ordubad dağları” və digər sənət əsərləri göz oxşayır.

Buna da bax: Rəsmlər 'Tarqovı'ya qayıtdı... Amma xərci var

Maral Rəhmanzadə (1916-2008) Azərbaycanın ilk peşəkar təhsil görmüş qadın rəssamıdır.

Onun çəkdiyi rəsmlər Tretyakov qalereyasında (Moskva), R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyası və s. muzeylərdə, ABŞ və İngiltərədə şəxsi kolleksiyalarda saxlanılır.

Sərgi noyabrın 19-dək davam edəcək.

Şərhləri göstər

XS
SM
MD
LG