Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:34

►Azərbaycan prezidentinin iqtisadi islahatlar üzrə köməkçisinin fikrincə, valyuta bazarında sabitləşmə müşahidə olunur

Azərbaycan prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov devalvasiyalardan sonra manatın öz köklü məzənnəsini tapmaqda olduğunu düşünür. Köməkçi onu da bildirir ki, məqsədyönlü tədbirlər nəticəsində indi valyuta bazarında sabitləşmə müşahidə edilir.

Bunları dilə gətirən N.Əmirov valyuta sabitliyinə necə nail olunmasından, manatın öz köklü məzənnəsinin necə tapmasından söz açmayıb. Beləliklə, “ortada uğur varsa, nədən qaynaqlanır - iqtisadi tədbirlərdən, yoxsa, yoxsa inzibati idarəçilikdən” sualının cavabı qaranlıq qalır.

Həmin suala cavab başqa sualları da aktuallaşdırır. Məsələn, bəlkə hökumət valyuta bazarında sabitliyə bank filiallarından kənarda fəaliyyət göstərən “exchange”ləri bağlamaqla nail olub?

Yaxud manatın öz köklü məzənnəsini tapmasında bəlkə Mərkəzi Bankın (MB-nin) həm rəsmi məzənnəni təyin etməsi, həm də banklara marjanı müyyənləşdirməsi rol oynayıb? Təbii ki, başqa suallar da var.

İqtisadçı ekspert Naiq Cəfərli manatın məzənnəsinin inzibati yolla müəyyənləşdirildiyini deyir:

“Manatın bazar dəyərinin hansı səviyyədə olmasını söyləmək çətindir. Məzənnənın adı "üzən" olsa da, ancaq MB-nin inzibati qaydada təyin etdiyi səviyyələrdə müəyyənləşir”.

Ekspert son aylarda Neft Fondunun həftəlik 100 milyon dollar satmasının da məzənnədə bəlli sabitlik yaratdığını düşünür:

“Amma bu, bazarın tənzimlənməsi demək deyil”.

____________________________________________________________

Bunlara da bax:
'İnəyi gözdən qoymağa peşmansan…'
Üçəmlərdən sağ qalan körpə Bakıya gətirilir

____________________________________________________________

“MB və hökumət ilin sonunadək...”

Maliyyə məsələləri mütəxəssisi Cəfər İbrahimli bildirir ki, Azərbaycanda valyuta bazarı birjadan kənardır:

“Bizdə də bazar bu şəkildə tələb və təklif istiqamətli sifarişlər əsasında işləyir. MB-nin də dediyi kimi, tənzimlənən üzən məzənnə siyasəti mənimsənilib”.

Onun fikrincə, MB və hökumət həm iqtisadi tənzimləmə mexanizmlərindən, həm də inzibati tədbirlərdən yararlanmaqla, məzənnəni 1,5 və 1,6 dəhlizində saxlamaq və gedişatı ilin sonunadək izləmək istəyir:

“Ümumiyyətlə, 2008-cı il böhranından sonra dünyada "məzənnə müharibəsi" termini ortaya çıxıb və əksər ölkələr milli valyuta məzənnəsinin diğər valyutalara nisbətən formalasmasında həm inzibati, həm də iqtisadi mexanizmlərdən istifadə edir. Məncə, real məzənnə nisbi anlayışdır. Bu, dünyada, bölgədə və ölkə iqtisadiyyatında gedən proseslər fonunda aramsız dəyişə və ciddi dəyişiliklərə məruz qala bilər”.

Əkrəm Həsənov

Əkrəm Həsənov

“Köməkçi o baxımdan haqlıdır”

Bank məsələləri eksperti Əkrəm Həsənov da manatın məzənnəsinin bazarda deyil, inzibati yolla - MB-nin iradəsi ilə müəyyənləşdirildiyini deyir:

“Köməkçi əhalinin valyuta bazarında fəallığını nəzərdə tutursa, haqlıdır. Son zamanlar xarici valyuta az alınır, çünki əhalidə manat azdır. Bir tərəfdən, MB manat kütləsini sıxıb, digər tərəfdən, əhalinin gəlirləri azalıb”.

“Birjasız valyuta bazarı olmaz”

Ekspert valyuta bazarının önəmli elementinin - birjanın bağlanmasına diqqət çəkir:

“Bakı Banklararası Valyuta Birjasını ləğv etdilər. Elə devalvasiyanın ağır keçməsi həm də bununla bağlıdır. Normal maliyyə sistemində valyuta birjası olmalıdır”.

DINLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (21 iyun)

Harda açılıb o 1,5 milyon iş yeri?

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (21 iyun)

Savchenko İlham Əliyevə çağırış etdi

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG