Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:34

1 dolların 4 min 465 manat olduğu vaxtlar da vardı… (Fotoqalereya)


Azərbaycanın milli valyutası - manat 1992-ci ilin avqustunda dövriyyəyə buraxılıb. Bu müddətdə manat dərə-təpəli və dolambac yollar aşıb. İndi ondan başlıca gözlənti dollarla müqayisədə məzənnəsinin necə olacağıdır.

Önəmli xatırlatma

Manat 1992-ci ilin avqustundan 1994-cü ilin yanvarınadək Azərbaycanda (1 manat =10 rubl nisbətində) rublla paralel ödəniş vasitəsi kimi istifadə olunub. 2006-cı il yanvarın 1-dən - yeni manata keçiddən sonra, 1 yeni manat 5 min köhnə manata bərabər tutulub. 2007-ci il yanvarın 1-dən yeni manata tam keçid təmin edilib.

İndi çoxlarına 1 dolların 1 manat 61 qəpik olması qəribə gələ bilər, ancaq 1 dolların bir neçə min manata satılan vaxtları olub. Məsələn, 1995-ci ilin iyulunda 1 ABŞ dolları 4 min 465 manata satılıb. Onu da vurğulayaq ki, yuxarıda qeyd olunan denominasiyanı nəzərə alsaq, 4 min 465 manat cəmi 89 qəpik edir.

1997-ci ildən bəri Azərbaycanda dollar ucuzlaşmağa başlayıb. Həmin ilin iyulunda 1 ABŞ dolları 3 min 970 manat olub. 1999-ci ildənsə artım müşahidə olunur.

Denominasiyadan sonra manatın dollara nisbətdə illik orta məzənnəsi:

2006-cı ilin yanvarından Azərbaycan manatında 5000:1 nisbətində denominasiya aparılıb, yəni əvvəlki 5 min manat yeni pulla 1 manata çevrilib. O vaxtdan 1 ABŞ dollarının kursu aşağıdakı kimi dəyişib:

2007-ci il: 1 ABŞ dolları = 0,8579 manat

2008-ci il: 1 ABŞ dolları = 0,8216 manat

2009-cu il: 1 ABŞ dolları = 0,8038 manat

2010-cu il: 1 ABŞ dolları = 0,8026 manat

2011-ci il: 1 ABŞ dolları = 0,7897 manat

2012-ci il: 1 ABŞ dolları = 0,7856 manat

2013-cü il: 1 ABŞ dolları = 0,7845 manat

2014-cü il: 1 ABŞ dolları = 0.7844 manat

2015 – ci il: ABŞ dolları = 1,0261 manat.

Günün bütün mövzuları

XS
SM
MD
LG