Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:10

Maliyyə Bazarlarına Nəzarət Palatası Mərkəzi Bankın (MB-nin)hər birinin nominal dəyəri 100 manat olan 6 milyon ədəd qısamüddətli notlarının emissiya prospektini qeydiyyata alıb.

Palata həmçinin MB-nin hər birinin nominal dəyəri 100 manat olan 500 yüz min ədəd dövlət qısamüddətli notlarının buraxılışını da qeydiyyata alınıb. Sözügedən notların tədavül müddəti 28 gündür.

Buna da bax:​ 'Parabank' fəaliyyətini davam etdirəcək - BOKT kimi

Qısamüddətli notlar dövriyyədə olan pul kütləsinin tənzimlənməsindən ötrü nəzərdə tutulmuş pul siyasəti vasitəsidir.

Banklar manatdakı vəsaitlərini not alacaqlar və bundan gəlir də götürəcəklər. Bununla dövriyyədə olan manat azalacaq.

MB bu yolla dollar tələbi azaltmaq istəyir. Ekspertlər bunu uğurlu yol saymırlar. Onların fikrincə bu iqtisadi fəallığa zərbə vuracaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG