Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 14:04

Oktyabrın 28-də 26 bank 1 ABŞ dollarını 1 manat 70 qəpikdən satıb. Bahalaşma Azərbaycan Mərkəzi Bankının (AMB-nin) dolları məzənnəcə yüksəltməsindən qaynaqlanıb.

Dolları ən baha satan “Əmrahbank” və “Günaybank”dır. Həmin banklarda ABŞ valyutası 1,7036 manata dəyişdirilir. “Azərbaycan Sənaye Bankı” və “Nikoyl Bank” dolları nisbətən ucuz - 1.70 manata satır. Bəzi banklarsa valyuta satışını tam dayandırıb.

Buna da bax:​ 'Siyasi faktor aradan qalxsa, dollar 1.90-1.95 manat olacaq'

İlin sonunadək bahalaşacaq?

Ekspertlərin fikrincə, dövlətin və şirkətlərin xarici öhdəlikləri ABŞ valyutasına tələbatı çoxaltdığından, budəfəki artım ilin sonunadək uzana bilər. Dolların bahalaşmasının sadə vətəndaşların yaşamına təsir dərəcəsi təbii maraq doğurur.

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, bunun qiymətlərə təsirini AMB-nin rəsmi və ya dolların alış məzənnəsi ilə deyil, dolların satış məzənnəsi ilə ölçmək lazımdır: “Bir ay öncə 1,56-1,58 manata dollar almaq mümkün idi. Bu gün 1,70- dən ucuz dollar yoxdur. Deməli, son bir ayda dollar 10 faizə yaxın bahalaşıb. Başqa sözlə, bir ay qabaq, tutalım, Hindistandan, düyü gətirib-satan Əli dayı hesabını 1,60 məzənnəsi ilə götürmüşdüsə, indi 1,70 kursu ilə dollar alır ki, yenə düyü gətirsin. Əli dayı sabah Hindistandan alacağı düyünü Bakıda artıq 1,70 məzənnəsinə uyğun qiymətlə, hələ üzərinə məzənnənin qalxması riskini də (təxminən 5-8 faiz) qoyub satmalıdır ki, ziyana düşməsin”.

Buna da bax: 'Dollar bahalaşmaqda davam edəcək'

“Hökumət yenə inzibati addımlara əl atacaq”

Ekspertin fikrincə, hökumət duruma uyğun iqtisadi addımlar atmalı olduğu halda, yenə inzibati tədbirlərə əl atacaq: “İqtisadiyyat Nazirliyinin Antiinhisar Komitəsinin üzərinə hücuma keçəcək, vergi itkisini yoxlayacaq, AZTV onu "işbaz" adlandıracaq və daha nələr-nələr”.

Günün bütün mövzuları

XS
SM
MD
LG