Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:16

Manatın taleyi barədə ekspert rəyi


Azərbaycan manatı
Azərbaycan manatı

Oktyabrın 10-dan bəri dollar manatla müqayisədə dəyərini artırır. Son günlərədək bahalaşan və sonradan davamlı və daha kəskin şəkildə ucuzlaşan manat biznes adamlarının və istehlakçıların nikbin gözləntilərini doğrultmadı.

Nə baş verir? Manat niyə yenə ucuzlaşır?

“Əmanətlərin ödənişi manata təsir göstərəcək”

İqtisadçı ekspert Qubad İbadoğlu ilin sonunadək manata təsir edəcək amillərə diqqət cəkir. Onun fikrincə, “Bank Standard”da əmanətlərin ödənişi manata təsirsiz ötüşməyəcək: “Bu bankda fiziki şəxslərin 603 milyon manat məbləğində ümumi əmanətləri, 568 milyon manat məbləğində də qorunan əmanətləri var. Sonuncunun 460 milyon manatı kompensasiya olunan əmanətlərə aiddir. Qorunan əmanətlərin 62 faizi və ya 285 milyon manatı dollarla, qalanı (175 milyon manat) Azərbaycanın milli pul vahidində yerləşdirilib. Eyni müştərinin həm dollar, həm də manatda əmanəti olduğu halda bank elə borcları manatla qaytarmağa başlayıb. Bu o deməkdir ki, bankdan əmanətini manatla alanların sayı artacaq, üstəlik, manatla verilən əmanətlərin məbləği 175 milyonu aşacaq. Beləcə, valyuta bazarında dollara tələbat artacaq”.

Buna da bax: Su altında qalan milyonlar

“Dövlət Neft Fondunun hərraclara az valyuta çıxarması da…”

Ekspertin qənaətincə, Dövlət Neft Fondunun hərraclara az valyuta çıxarması da dollar tələbatı yüksəldəcək: “Bu müddətdə dövlət büdcəsinin neft gəlirlərindən asılılığının azaldılması siyasətinin davam edəcəyi, yəni Fondun bazara əvvəlki dövr və ötən illə müqayisədə daha az valyuta çıxaracağı gözlənilir. Bu isə valyuta təklifinin aşağı salınmasına ciddi təsir göstərəcək. Digər amillər də manatın ucuzlaşmasına təsirini gücləndirəcək”

Qubad İbadoğlunun sözlərinə görə, il sona çatdığından, dövlət, şirkət və banklar xarici borc öhdəliklərinin icrasına daha çox valyuta yönəldəcək və bu amil də bazarda özəlliklə dollara tələbatı yüksəldəcək:

Buna da bax: Əli Kərimli: 'Əliyevin şəklinin manata vurulması rüsvayçılıq olardı'

“Nəhayət, ABŞ-da - FED-in noyabrın 1-2-də gözlənilən toplantısında uçot dərəcəsinin artırılmasına dair müsbət qərar vermə ehtimalının günbəgün artması da manata psixoloji təzyiqləri yüksəldəcək” .

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG