Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:27

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın oktyabrın 21-nə olan rəsmi məzənnəsini açıqlayıb.

Həmin məzənnəyə görə, oktyabrın 21-də bir dollar 1,6091 manata bərabər olacaq.

Oktyabrın 20-də bir dollar 1,6030 manat olmuşdu.

Bu gün, oktyabrın 20-si dollar hərracda da bahalaşıb. AMB-də verilən məlumata görə, hərrac 1 ABŞ dolları üzrə 1.6030 məzənnəsi ilə başlayıb və 1.6090 ilə yekunlaşıb.

Oktyabrın 5-dən AMB manatın məzənnəsini yeni yolla müəyyən etməyə başlayıb. Bundan ötrü yeni hərrac mexanizmi də yaradılıb. Yeni hərrac mexanizmi bazar iştirakçılarına hər iki istiqamətdə (valyuta alışı və ya satışı) sifarişlə çıxış etmək imkanını verir.

Sentyabrın əvvəllərindən manat dollara nisbətən möhkəmlənirdi. Son 3 gündür dollar manat qarşısında dəyər qazanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG