Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:19

Azərbaycan Mərkəzi Bankı oktyabrın 13-nə dolların məzənnəsini 1,5986 manat səviyyəsində saxlayıb.

Oktyabrın 12-də rəsmi məzənnəyə görə, elə bir dollar 1,5986 manat olmuşdu.

Oktyabrın 5-dən etibarən Mərkəzi Bank manatın məzənnəsini yeni qaydalarla müəyyən edir. Hərrac iştirakçıları (satıcılar və alıcılar) öz valyuta sifarişlərini hərrac təşkilatçısının elan etdiyi ilkin məzənnə əsasında yerləşdirirlər. Valyutanın məzənnəsi tələb və təkliflərdən asılı olaraq dəyişir.

Hərrac sonuncu sessiya zamanı müəyyən olunmuş məzənnə ilə başa çatır. Hərrac olmayan günlərdə isə növbəti günün məzənnəsi valyuta bazarında kommersiya bankları arasında bağlanmış alqı-satqı əqdləri üzrə formalaşan orta çəki əsasında müəyyənləşəcək.

Manat sentyabrın əvvəlindən dollara nisbətdə möhkəmlənir. Müstəqil ekspertlər isə deyir ki, Azərbaycanda manatın möhkəmlənməsinin gerçək iqtisadi əsasları yoxdur. Onlar bu prosesin süni aparıldığını düşünürlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG