Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:32

Mərkəzi Bank oktyabrın 7-nə manatın rəsmi məzənnəsini dəyişməyib.

Cümə gününə rəsmi məzənnə 1,6036 manat səviyyəsində qalıb.

Bu gün, oktyabrın 6-da da elə bir dollar 1,6036 manat olmuşdu.

Oktyabrın 5-dən başlayaraq Mərkəzi Bank valyuta hərraclarını yeni qaydalarla keçirir. Bu qaydalara əsasən, kommersiya banklarının valyutanı həm almaq, həm də satmaq hüququ var. Bu zaman manatın məzənnəsi sonuncu sessiya zamanı müəyyən olunan qiymət əsasında təsbit edilir.

Hərrac olmayan günlərdə isə növbəti günün məzənnəsi valyuta bazarında kommersiya bankları arasında bağlanmış alqı-satqı əqdləri üzrə formalaşan orta çəki əsasında müəyyənləşəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG