Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:17

Noyabrın 2-də Bakı Fond Birjasında (BFB-də) Mərkəzi Bankın (MB-nin) qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-dən verilən məlumata görə, hərraca çıxarılan bir notun nominal dəyəri 100 manat, ümumi həcmi 50 milyon manatdır. Notların tədavül müddəti 28 gün, ödəmə tarixi 30 noyabr 2016-cı ildir.

AMB-nin qısa müddətli notların buraxılışı, yerləşdirilməsi və tədavülü haqqında qaydalarına əsasən, hərraclarda bank lisenziyasına malik hüquqi şəxslər iştirak edə bilər. Banklar birjaya BFB-nin üzvü olan investisiya şirkətləri vasitəsilə qatıla bilər.

Buna da bax:​ ‘Zatən ölkədə iqtisadiyyat yoxdur, primitiv ‘durba’ modelidir’

Bundan öncə MB oktyabrın 28-də birinin nominal dəyəri 100 manat olan 6 milyon ədəd qısamüddətli notlarının emissiya prospektini qeydiyyata alıb. Qısamüddətli notlar dövriyyədəki pul kütləsinin tənzimlənməsindən ötrü nəzərdə tutulmuş pul siyasəti vasitəsidir. Banklar manatdakı vəsaitlərini notla alacaqlar və bundan gəlir də götürəcəklər. Bununla dövriyyədə olan manat azalacaq. MB bu yolla dollara tələbi azaltmaq istəyir. Ekspertlər bunu uğurlu yol saymırlar. Onların fikrincə, bu, iqtisadi fəallığa zərbə vuracaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG