Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:08

►Manat əsas ölkələrin valyutalarına nisbətdə dəyərdən düşüb

Bu ilin 9 ayında bankların əhaliyə satdığı ABŞ dolları ötən ilin eyni dövrüylə müqayisədə 61.7 faiz artıb.

Mərkəzi Bankın “Pul siyasəti icmalı”nda belə deyilir.

Həmin müddətdə bütövlükdə valyuta bazarının həcmi ötən ilin müvafiq dövrünə nisbətdə 1.8 dəfə artıb.

Valyuta bazarında əməliyyatların 91 faizi ABŞ dolları ilə aparılıb.

2014-cü ilin eyni dövrüylə müqayisədə dollarla əməliyyatlar 1.8 dəfə, avro ilə 2.1 dəfə çoxalıb.

Dollara ən çox tələbat ilin əvvəlində olub

Nağd xarici valyutaya tələbatın artması, əsasən, I rübdə baş verib. Üç rüb boyunca satılan ABŞ dollarının 63 faizi, avronunsa 38 faizi I rübün payına düşür. Fevralın 21-də Mərkəzi Bankın dollara nisbətdə müəyyənləşdirdiyi 1.05 manat həddi də məhz I rübdə keçilib.

Buna da bax: Xədicəyə daha bir nüfuzlu mükafat!

Mərkəzi Bank 6 dəfə satıb, 3 dəfə alıb…

Bu ilin 9 ayında Mərkəzi Bank 6 dəfə satış, 3 dəfə alış yönümlü valyuta əməliyyatı aparıb.

Sözügedən icmalda qeyd edilir ki, hesabat dövründə əksər tərəfdaş ölkələrin valyutalarına nisbətdə manat ucuzlaşıb. Əsas 15 ölkə üzrə, Qazaxıstan təngəsi, Ukrayna qrivnası və Belarus rublu istisna olmaqla, qalan ölkələrin valyutalarıyla müqayisədə manat dəyər itirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG